Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm Qurban Qurbanov
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) iştirak edib.
Sportal.az xəbər verir ki, tədbirdə çıxış edən 53 yaşlı mütəxəssis bildirib ki, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır:
"Məncə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır. Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayıram. Bəzən onların bundan xoşu gəlmir. Futbolçu olduğum illər yadıma düşür və çalışıram, uşaqları anlayaraq onlara çox çalışmağı aşılayım".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 23 Sentyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















