Icma.az
close
up
RU
Qurban Qurbanov: “Bəzən səbrimi saxlaya bilmirəm” VİDEO

Qurban Qurbanov: “Bəzən səbrimi saxlaya bilmirəm” VİDEO

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun komandasının heyətinin yenilənməyə ehtiyacı olduğu ilə bağlı sualı cavablayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı bəzi futbolçuların artıq yorulduğu ilə bağlı deyilənlərdən danışıb.

O, bu cür halların futbolda baş verdiyini bildirib: “Bu futbolda rast gəlinən təcrübədir. Uğurdan deyil, uzun illərin yorğunluğu olur. Hamımız uğur əldə etmək istəyirik. Bəzən psixoloji amillər insana mane olur. Yenilənməyə gəlincə, biz futbolçuların gəlməsinə çalışırıq, yeni oyunçuların olmasına can atırıq. Yaşlı futbolçulara gəlincə, onlar bəzən digərlərinə nümunə olur. Bizim komandada Ansi Aqolli var idi. Onun bir dəfə olsun istəksiz məşqə çıxdığını görmədim. İndiki heyətdə Abdullah Zubiri misal çəkmək olar. 6 ildir ki, komandadadır, heç zaman intizamsızlıq etməyib. Aşağı motivasiya ilə məşq etsin. Ona görə də “Qarabağ”ın əvəzedilməz oyunçusuna çevrilib. Riçard Almeydanı da daim misal çəkmişəm. Bu cür yaşlı futbolçular motivasiyadır.

Digərləri onlara baxıb utanırlar. Bu gün desəm ki, futbolçuların hamısın dəyişməliyik, yanlış olar. Bəzən hansısa oyunçu bir matçda formasından uzaq olur, bu da normaldır. Bu həmin oyunçulardır ki, ötən il, ondan qabaqkı il böyük klublara qarşı yaxşı mübarizə aparıblar, cəsarətli oyun göstəriblər. İlboyu eyni şeyləri təkrarlamaq futbolçuları yora bilər. Bir neçə turnirdə mübarizə aparırıq və daim eyni səviyyədə qalmaq mümkün deyil.

Nə gizlədim bəzən özümdə də bu cür yorğunluq olur. Özümü istədiyim kimi oyuna motivasiya edə bilmirəm. Siz məni daimi təmkinli görmüsüz, amma bəzən mən də səbrimi saxlaya bilmirəm. Bunlar hamısı yorğunluqdan irəli gəlir. Bu bizim işimizin bir hissəsidir və buna alışmalıyıq. Bəzən bir-iki illik uğursuzluqdan sonra növbəti illərdə daha böyük uğurlar qazanırıq. Hər il eyni uğuru əldə etmək çətindir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri