“Bəzən ictimai qınaq kifayət etmir” Deputat yeni cərimələrə aydınlıq gətirdi
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İnzibati Xətalar Məclisinə yeni əlavələr sosial sifarişdir”.
“Bunu “Yeni Sabah”a deputat Arzuxan Əlizadə bildirib.
Milli Məclisdə İnzibati Xətalar Məclisinə yeni əlavələr nəzərdən keçirilir. Sosial şəbəkədə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsinə görə cərimə və cəzalar “Xırda xuliqanlıq” maddəsinə daxil edilə bilər. Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub.
Sənədə əsasən, əxlaqsız ifadələrin səsləndirilməsinə ve ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına ve milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1 000 manatadək məbləğdə cərimə nəzərdə tutulur. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Təklifə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək. Pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 1 aydan 2 ayadək müddətə inzibati həbs də müemükündür.
Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə “Yeni Sabah”a bildirib ki, dəyişikliklər artıq plenar iclasa tövsiyə olunub:
“Müzakirə İnzibati Xətalar Məcəlləsində və “Media haqqında” Qanunda müvafiq dəyişiklikləri nəzərdə tutur. Əslində, əhəmiyyətli dəyişikliklər deyil, sadəcə qanunvericilikdə bir qədər sərtləşmə tətbiq olunacaq. Yəni həm cərimə miqdarı artırılır, həm də inzibati həbs də nəzərdə tutulur”.
A.Əlizadə qeyd edib ki, Azərbaycan xalqın özünün öz dəyərləri, mentaliteti var:
“Təəssüf ki, əxlaqa zidd ifadələr sosial şəbəkələrdə tez-tez səsləndirilir. Bu cür halların qarşısı mütləq alınmalıdır. Biri var ictimai qınaq, biri də var inzibati cəza. Bəzən ictimai qınaq kifayət etmir. O zaman məsələ qanunvericilik səviyyəsində həll olunmalıdır. Cərimə və ya inzibati həbs məhkəmə qaydasında tətbiq ediləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 25 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















