Icma.az
close
up
RU
Bəzən sözlər yox, şəkillər danışır!

Bəzən sözlər yox, şəkillər danışır!

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstər peşəkar olsun, istərsə də həvəskar - insanlar foto çəkməyə meyillidirlər. Bunu gündəlik məişət alış-verişində hiss etmək olur. Bəziləri gəzdiyi yerləri, bişirdiyi təamları müxtəlif sosial şəbəkələrdə nümayiş etdirməkdən ötrü xüsusi fotoaparat da alırlar. Amma son vaxtlar smart telefonların çoxu bu işin öhdəsindən gəldiyi üçün fotoaparata ehtiyac qalmır. Elə bu səbəbdən də seçdiyimiz mobil telefonların ilk olaraq keyfiyyətli foto çəkib-çəkmədiyini yoxlayırıq...

Bu gün - 19 avqust həyatımızın ən gözəl anlarını əbədiləşdirdiyimiz fotoqrafiyanın və bu sahənin peşəkarları olan fotoqrafların günüdür. Fotonu sevən hər kəsin qeyd etdiyi Beynəlxalq Fotoqrafiya Günü avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Fotoqrafiyanın prototipi olan üsulu ictimaiyyətə 1839-cu il məhz avqust ayının 19-da təqdim olunduğu üçün bu gün əlamətdar tarix kimi seçilib. Ancaq tarixin 19 avqust seçilməsinin başqa bir səbəbi daha var. Belə ki , 19 avqust 1839-cu il Fransa hök?məti kimyaçı və ixtiraçı Lui Jak Mande Daqerin daqerrotipin (iz) alınması metodu haqqındakı patentini alaraq, daqerrotipin kəşfini dünya ictimaiyyətinin sərvəti elan etmişdi. Bu tarixə əsasən bir çox ölkələrdə 19 avqust Ümumdünya ?otoqrafiya ?ünü kimi qeyd edilir. İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini fotolarla ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin qlobal bayramıdır. Bir-birindən gözəl fotolar çəkmək, ən əsası da lazımi məqamı tutmağı isə heç də hər kəs bacarmır.

Fotoqrafiyanın ilk tarixi görünüşü ağ-qara formatda olub. Optik cihaz vasitəsilə rəsmin kimyəvi prosesə çevrilməsi rus kimyaçısı A.P.Bestujev və alman tibb alimi, cərrah İ.Q.Şulsenin  səyləri ilə ərsəyə gəlib. Fotoaparatın icad olunması sahəsində ən uğurlu işi fransız Yozef Nisefor Niyepsi, Lui-Jak Mande Daqer və ingilis Uilyam Foks Henri Talbot  görüblər. Onlar fotoqrafiyanın yaradıcısı kimi tarixə düşüblər.

Azərbaycanda  foto işi hələ XIX əsrin sonlarında inkişaf etməyə başlayıb. 20-ci əsrin əvvəllərində Bakı istedadlı fotoqrafları və fər?li fotoları ilə diqqət mərkəzində olub. 1998-ci il noyabrın 20-də Azərbaycan Fotoqraflar Birliyi (AFB) Respublika Ədliyyə Nazirliyinin qeydiyyatından keçərək fotoqrafların ilk cəmiyyətini yaradıb.

Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday(dünya foto günü) həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.

Sahib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Avqust 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri