Bəzi avtomobillər niyə həftələrdir satılmır? Maşın bazarından reportaj
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Adətən hər il, xüsusilə də yay aylarında avtomobil bazarında xüsusi canlanma müşahidə olunur. Lakin Çin maşınlarının bütün dünyaya ayaq açmasından sonra Azərbaycanda da ikinci əl maşın bazarında müəyyən problemlər yaşanmağa, durğunluq hökm sürməyə başladı.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı reportajda bildirilir.
Qeyd olunub ki, satıcıların sözlərinə görə, bunun əsas səbəbi alıcıların elektrik mühərrikli avtomobillərə üstünlük verməsidir.
Onlar bildirirlər ki, hazırda təklif çox, alıcı isə azdır.
Bəzi satıcılar avtomobillərini artıq bir neçə həftədir bazara çıxarsalar da, hələ də sata bilmədiklərini deyirlər. Xüsusilə, irimühərrikli benzinlə işləyən avtomobillərə maraq kəskin azalıb.
Alıcılar daha çox qiyməti 13-15 min manat arasında olan, kiçik və ortamühərrikli avtomobillərə üstünlük verirlər. Lakin bu qiymət aralığında seçim imkanları məhduddur.
Satıcıların sözlərinə görə, paytaxtdakı tıxaclar və yanacaq xərclərinin yüksək olması sürücüləri daha qənaətcil, xüsusilə, elektrik mühərrikli avtomobillərə yönəldir.
Bazara gələn alıcıların əksəriyyətini isə bölgələrdən gələn vətəndaşlar təşkil edir. Nəticədə, avtomobil bazarında müşahidə olunan durğunluq bu həftə də davam edir.
Daha ətraflı:
Bu mövzuda digər xəbərlər:Bakıda bəzi evlər niyə aylarla satılmır?
27 Avqust 2026 15:18
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
16 Aprel 2026 12:28
Göyçay mal bazarından REPORTAJ FOTO
11 Yanvar 2026 14:38
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! Bu avtomobillər UCUZLAŞACAQ
06 Dekabr 2024 17:24
Bu avtomobillər bahalaşdı Maşın bazarı ndan VİDEOREPORTAJ
14 Noyabr 2025 22:04
Baxış sayı:132
Bu xəbər 05 İyul 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















