Icma.az
close
up
RU
Bəzi dünya federasiyaları hər hansı bir beynəlxalq yarışın keçirilməsinə görə Azərbaycan təcrübəsindən istifadə edir

Bəzi dünya federasiyaları hər hansı bir beynəlxalq yarışın keçirilməsinə görə Azərbaycan təcrübəsindən istifadə edir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub. Bu münasibətlə dekabrın 16-da dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib. “Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakı 2026-cı ildə “Dünya İdman Paytaxtı” titulunu qazanıb. Bunu Maraka şəhərindən təhvil alıb. Bu titul Avropa idman paytaxtları və şəhərləri təşkilatı tərəfindən təqdim olunur. Bu təşkilat Brüsseldə yerləşir və qeyri kommersiya təşkilatıdır. Hər il dünyanın bir şəhərinə bu titul verilir.

Vüqar İskəndərov

“Əvvəla, onu qeyd etmək lazımdır ki, cənab Prezidentin rəhbərliyi altında ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir və o cümlədən, dövlətin idman strategiyası hazırda ölkəmizi dünyanın idman paytaxtlarından birinə çevrilib. Azərbaycan dünyanın demək olar ki, bütün böyük idman yarışları və idman növlərinə ev sahibliyi edib. Avropa Oyunları, futbol, dünya çempionatları, İslam Həmrəylik Oyunları, Dünya Şahmat Festivalı, Formula və bir çox növlərdən dünya, Avropa və beynəlxalq turnirlərinə çox uğurlu məkan olub. Önəmlisi odur ki, ölkəmizdə təşkil olunan bu qlobal idman yarışlarının hər biri dünya, Avropa çempionatlarında nümunə kimi göstərilib. Bu isə artıq ölkəmizin təşkilatçılıq səviyyəsinə və tədbirlərin keçirilməsi sahəsində peşəkarlığını göstərir”-deyən deputatın sözlərinə görə, elə dünya federasiyaları var ki, hər hansı bir tədbirin və beynəlxalq yarışın keçirilməsinə görə Azərbaycan təcrübəsindən istifadə edir. Vüqar İskəndərovun fikrincə, bu, çox ciddi məsələdir və çox böyük uğurdur.

Vüqar İskəndərov bildirib ki, “Dünya idman Paytaxtı” o şəhərlərə verilir ki, həmin şəhərdə idman infrastrukturu yüksək səviyyədə olur, həmin şəhər bir çox parametrlərinə görə, fərqlidir, yəni kütləvi bədən tərbiyəsi, uşaqlar və yaşlılar arasında idmanın kütləviliyinin artırılması üçün, paraolimpiyaçılar, inklüziv təhsil və idman üçün infrastrukturun olması dövlətin bu sahəyə diqqəti və s. hər bir nəzərə alınır: “Bütün bunlar təbii ki, ölkəmiz, o cümlədən Bakı şəhərində mövcuddur və dünya idman paytaxtı olan şəhər bir il ərzində idmanla bağlı çox böyük tədbirlər həyata keçirir. Həmin şəhər bir çox idman federasiyalarının diqqətində olur və həmin şəhərə beynəlxalq keçirilməsi üçün müraciətlər olunur. Bir il ərzində həm şəhərin digər kənar yerlərində sadə idman qurğularının inşası və yaxud yenidən qurulması, infrastrukturun yenilənməsi, kütləvi idmanın inkişafı üçün parklarda qurğuların yaradılması, onların da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Buna paralel olaraq da həmin şəhər dünyaya idman vasitəsilə həm də yumşaq gücü nümayiş etdirir. Turizmin cəlb olunması üçün çox yaxşı vasitədir.

Şəhər idman dünya idman paytaxtı olduğu üçün silsilə idman tədbirlərinin, konfransların, yarışların keçirilməsi ilə həm də insanları sağlam həyata təşviq olunması, böyüməkdə olan gənc nəslin fiziki sağlamlığa idmana cəlb olunması üçün stimullaşdırıcı proqramlar və s.həyata keçirilir. Bunların hər biri təbii ki, önəmli məsələlərdir və idman vasitəsilə bütün bunlar həmin bir il ərzində daha geniş formada təbliğ olunur”-deyə deputat qeyd edib.

Vüqar İskəndərov bildirib ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” olaraq bu titulu qazanmaqla qarşıda duran məsələnin öhdəsindən layiqincə gələcək və indiyə qədər idman paytaxtları içərisində tədbirlərin keçirilməsi, təşkili və bütün parametrlərdən yenə də nümunə kimi bu tədbirlərin və onun təşkilatçılarının burada iştirak edən insanların yaddaşında daimi qalacaq.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri