Bəzi ərazilərdə qaz olmayacaq XƏBƏRDARLIQ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fevralın 17-də Mingəçevir şəhəri və Yevlax rayonu ərazisində təbii qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.
Qurumdan verilən açıqlamada qeyd olunub ki, qaz ölçü qovşağında mövcud olan "baypas" xəttinin təmiri zərurəti ilə əlaqədar qaz nəqlinin müvəqqəti dayandırılmasına ehtiyac yaranıb.
Bununla əlaqədar olaraq, fevralın 17-si, saat 10:00-dan etibarən təmir-bərpa işləri başa çatanadək "Mingəçevir" Qaz Paylayıcı Stansiyasından (QPS) qidalanan Mingəçevir şəhərinin mərkəzi və üç qəsəbəsində yaşayan 30 269 əhali, eləcə də 521 qeyri-əhali abonentinin qaz təminatı dayandırılacaq.
Eyni zamanda, Yevlax rayonunun Tanrıqulular, Hürüşağı və Boşçalı kəndlərində qeydiyyatda olan 831 əhali abonentinə də mavi yanacağın verilişinin dayandırılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Fevral 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















