Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Bəzi həqiqətləri dilə gətirməyin zamanıdır RƏY

Bəzi həqiqətləri dilə gətirməyin zamanıdır RƏY

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Yaşadığımız müasir dövrün xeyli sayda özünəməxsus xüsusiyyətləri vardır. Bu o xüsusiyyətlərdir ki, qaçılmaz olaraq həyat və baxışlarımıza təsir edir. Artıq hər kəs üçün aydındır ki, bəzi qlobal xarakterli tendensiyaları dayandırmaq mümkünsüzdür. Konkret məsələnin həlli üçün tətbiq oluna biləcək “zor”, sadəcə, yaşanan çətinliklərin daha da dərinləşməsinə səbəb olur. Odur ki, bəzi mürəkkəb mövzulardan qaçmaq artıq olmaz. Məişət və idarəetmədə uzun illər ərzində tətbiq olunan “xalçanın altına süpürmək” metodu indi nəinki faydasızdır, hətta təhlükəlidir. Gənc müstəqilliklər kənardan sırınan süni çətinliklər ilə mübarizə apardıqları zaman qlobal oyunçular mərhələli şəkildə öz geostrategiyalarının həlli ilə məşğul olur. Bu cür məsələlərdə sadəlövh və romantik yanaşma yolverilməz məsuliyyətsizlikdir.

Onu da ehtimal edə bilərik ki, cəmiyyətimizdə “yola vermək” kimi ifadənin yayılması da məhz qeyd olunan siyasətin nəticəsidir. Əslində “yola vermək” şərti adlı sosial-mədəni təzahür mahiyyət etibarilə “problemləri xalçanın altına süpürmək” ifadə ilə eynilik təşkil edir. Sanki bizi mərhələli şəkildə alışdırırdılar ki, “yaşanan müxtəlif çətinliklərə görə narahat olmayın, onları kimsə gəlib həll edəcək”. Əlbəttə ki, bu cür “sosial hipnoz” təsirsiz keçə bilməzdi.

Dünyada cərəyan edən proseslərə diqqət yetirən zaman görürük ki, bəzi ölkələr öz qlobal geostrategiyalarını artıq heç kamuflyaj etməyə belə çalışmır. Bəli, qlobal geosiyasətin oyun qaydaları dəyişilib. Əsas dəyişiklik də ondadır ki, “oyunlar” ləğv olunub və artıq “yaşam” uğrunda sərt mübarizə aparılır. Qlobal proseslər, o cümlədən bizim regionumuzda olan proseslər, nəhəng güc mərkəzlərinin istədiyi səpkidə “inkişaf” edirdi. Regionumuzda təqribən buna oxşar vəziyyət “Biz problemlərimizi kimsənin gəlib bizim yerimizə həll edəcəyinə inanmağı dayandırdıq” kimi fikirləri açıq şəkildə səsləndirəcək qədər qüvvə və iradəyə malik olan bir dövlət və lider qlobal siyasətə daxil olana qədər davam edirdi. Xatırladaq ki, qeyd olunan fikri Prezident İlham Əliyev cari ildə Davos Ümumdünya İqtisadi Forumunda çıxış etdiyi zaman səsləndirmişdir.

Heç şübhəsiz ki, regionda bu cür liderin olması, üstəgəl müharibədə qalib gəlmiş və ərazi bütövlüyünü tamamilə bərpa etmiş dövlətin liderinin olması oyun qaydalarını dəyişdirir və qlobal geostrategiyalarda dəqiqləşdirmələrin aparılmasını zəruri edir. Son dövrdə müşahidə etdiyimiz Azərbaycana qarşı informasiya hücumlarının artması faktı da məhz qeyd etdiyimiz obyektiv həqiqətin təzahürdür. Əlbəttə ki, bəzi dövlətlər region və ölkəmizi öz təsir altına salmaq uğrunda əsrlər boyu apardıqları mübarizədən rahatlıqla əl çəkməyəcək. Odur ki, müxtəlif xarakterli təxribatlara hər zaman hazır olmalıyıq.

Ona görə də beyin mərkəzlərinin müxtəlif xarakterli analitik məhsullarına olan ehtiyac ildən-ilə ancaq artacaqdır. Mənbədən asılı olmayaraq informasiya təxribatları ilə effektiv mübarizə ancaq analitika müstəvisində aparıla bilər. Burada təkcə inzibati resurslar və ya hüquq-mühafizə qurumlarının kəşfiyyat əməliyyatları ilə dayanıqlı nəticələrinin əldə olunması mümkünsüzdür. Təsadüfi deyil ki, son bir neçə il ərzində bilavasitə Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində dünyada tanınmış beyin mərkəzlərinin mühüm mövzularının müzakirəsinə həsr olunan konfranslar təşkil olunur.

Bəli, açıq deməliyik, ölkəmizə qarşı informasiya təxribatları durmadan aparılır və bunun üçün müvafiq dövlətlərin aidiyyəti beyin mərkəzləri dayanmadan çalışır. Onu da etiraf etməliyik ki, sözügedən mövzu kifayət qədər mürəkkəbdir və burada açıq şəkildə bütün məsələlərin müzakirəsi doğru sayıla bilməz. Sadəcə əhali, xüsusilə də ictimai aktiv və məsuliyyətli vətəndaş, sözügedən mübarizədən agah olmalı və bu “kirli” savaşda dövlətə dəstək göstərməlidir.

Mövcud müstəvidə bilməyimiz vacib olan başqa bir həqiqət odur ki, bütün informasiya təxribatlarının hədəfi ilk növbədə gənclərdir. Dünya ölkələrinin təcrübələrinə müraciət edən zaman görürük ki, konkret cəmiyyətdə etiraz mədəniyyətinin təşviqi məhz gənclərdən başlayır. Bəli, bunun müxtəlif səbəbləri var, burada konkret hesablanmış strategiyalar vasitəsilə gənclərin ideoloji “zombilləşməsi” baş verir və daha sonra müxtəlif manipulyasiyalar aparılır. Daha asan desək, əhali, sadəcə, təzyiq alətə çevrilir.

İnformasiya hücumlarının “qorxunc” mahiyyətini hiss etmək üçün mürəkkəb elmi təfərrüatlardan uzaqlaşaraq mövcud halda ideoloji müstəvidə aparılan təbliğatın (zombilləşməsinin), sadəcə, bəzi xüsusiyyətlərini qeyd edək. Bəli, uzun onilliklər ərzində ideoloji müstəvidə “yumşaq güc” alətləri vasitəsilə çalışırdılar ki, gənc müstəqil dövlətlərdə “asılı” təfəkkürlü gənc nəsli formalaşsın. Bu cür təfəkkür və düşüncə tərzinə malik olan gənc gözləyir ki, kimsə onun şəxsi uğurları üçün nə isə edəcək və onun əvəzinə düşünəcək. Əlbəttə ki, bu cür “asılı” düşüncə tərzi qüsurlu təfəkkürün təzahürüdür. Analoji düşüncə tərzi üstünlük təşkil etdiyi cəmiyyətlərdə gənclər “möcüzələrə” inanmağa başlayır, möcüzə baş verməyən zaman isə aqressiya kütləvi təzahürə çevrilir. Sözügedən siyasi texnologiyanın hədəfi konkret cəmiyyətdə etiraz mədəniyyətinin yayılmasıdır.

İdeoloji müstəvidə aparılan təbliğatın nəticəsində eyni zamanda ənənəvi dəyərlər sistemi də təhrif olunur və əsaslı şəkildə cılızlaşır. Manipulyasiyalar vasitəsilə sosial oriyentirlər təhrif olunur və cəmiyyətdə yanlış “qəhrəmanlar” təşviq edilir. Stereotipli düşüncə tərzinə malik olan gənc isə daha asan şəkildə təsir altına düşür və tədricən müstəqil şəkildə düşünməyi yadırğayır. Odur ki, elmi ədəbiyyatda “soft power” kimi adlanan “yumşaq güc” alətləri hərəkətdədir və bu həqiqəti unutmamalıyıq.

Bu cür strategiyaların müəllifləri Azərbaycan ilə əlaqədar hesablamalarında yenə də yanılıblar. Bu günün gənci doxsanıncı illərin əvvəlində olan gənclərdən fərqli olaraq daha təcrübəli və daha məlumatlıdır. O, dəqiq siyasi baxışlara malik, yaxşını pisdən, oyunları isə həqiqətdən seçməyi bacaran gəncdir. Ucuz populizm artıq keçərli sayılmır, demaqogiya ilə gənclərin rəğbətini qazanmaq da mümkün deyil. Demaqoq və populistlər üçün “dövlət”, “vətən” və “ədalət” kimi anlayışlar, sadəcə, manipulyasiya və təxribat alətləridir. 44 günlük müharibə zamanı bu cür xainlərin: “müharibəyə getməyin, bu bizim müharibəmiz deyil” kimi çağırışlarını xatırlamaq kifayət edir ki, onların əsl xisləti üzə çıxsın. Odur ki, onların bu cür vətənşivənlikləri “ədalət” və “haqq” uğrunda hansısa mifik mübarizənin əlamətləri deyil, bu, sadəcə, düşmən manipulyasiyasıdır. Sözügedən manipulyasiyalarda isə sosial mühəndisliyin metodlarından kifayət qədər geniş istifadə olunur. Qeyd olunan fakt növbəti dəfə analitikanın əhəmiyyətini aktuallaşdırır. Prezident İlham Əliyevin “Bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz” fikirləri bütün təxribatlara verilmiş mükəmməl cavabdır.

politoloq Asif Adil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:290
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri