Icma.az
close
up
RU
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir VIDEO

“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir VIDEO

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ictimaiyyətində böyük rezonans doğuran “Şaurma N1” işinin yeni detalları üzə çıxıb. Obyektiv media araşdırmaları onu göstərir ki, əslində baş verənlərədə zərərçəkən qanunun tanıdığı qrup yox, həbs cəzası alan Aqil Babayevdir. Natiq Sadıqovun dəfələrlə təkidli xahişindən sonra tərəflər arasında şifahi şəriklik anlaşması olur. 2011-ci ildən məhz Aqil Babayevin maddi dəstəyi və birbaşa işin üstündə durması nəticəsində “ŞaurmaN1” şəbəkəsi böyüyür, yeni filiallar açılır. Gəlirlərin həddən artıq artdığını görən Natiq Sadıqov gizli şəkildə həm maliyyə, həm də digər məsələlərdə maxinasiyalara yol verir. Bununla bağlı hətta iclasların birində bütün bunlar açıq müzakirə olunur və Aqil Babayev Natiq Sadıqov və dəstəsinin oğurluqlarını ifşa edi. Bu faktları həmin dövrdə “Şaurma N1” restoranlar şəbəkəsində çalışanlar da təsdiq edir. Həmin şəxslərin fikirlərin sizə təqdim edirik:
Ceyhun Məhərrəmov: “İinanıram ki, haqq öz yerini tapacaq!”
2004-cü ildən “Şaurma N1”da işləmişəm. 2007-ci ildə isə adminstrator kimi idarəçilik mənə verildi. 2009-cu ildə isə Natiq Sadıqov Aqil Babayevi şərik kimi işçilərə təqdim etdi və şəxsən mənə tapşırıldı ki, hesabatı bu iki şəxsə verim. Bu illər ərzində bu gün Aqil Babayevi ittiham edənlərin böyük əksəriyyətini məhz o özü işə götürüb. Bütün personal Aqil Babayevin işçilərin necə qayğısına qaldığının, onların yanında olduğunun şahididir.  Aqil Babayevin tapşırığı ilə sıxıntısı, problemi olan işçilər müəyyənləşdirilir və hər ay onlara əmək haqqından əlavə ödənişlər olunurdu. Bu gün Aqil Babayevi ittiham edən dəstə 2010-cu ildə Natiq Sadıqovdan şikayət edirdi ki, bizlə sərt davranır. Hətta Natiq Sadıqovun gəlib obyektdə çörək yeyən və hesab ödəməyən  dostları haqda Aqil Babayevə şişirdilmiş yalanlar deyirdilər. İş o yerə çatmışdı ki, bir obyektdəki təmiri yoxlamağa gedəndə heç Natiqin özünü ora buraxmamışdılar. Yəni Natıq Sadıqovu sayan yox idi, bütün ideyaları, lazımi işləri Aqil Babayev həyata keçirirdi. Elə Aqil Babayevin fəaliyyətinin nəticəsində bizim 2-3 obyektimiz böyük bir şəbəkəyə çevrildi. Bütün bunlar Natiqdə paxıllıq yaradırdı və o Aqil Babayevi qısqanmağa başladı.Bütün bunlar iclaslarımızda da müzakirə olunub və həmin iclasların audio yazıları var. Mən inanıram ki, haqq öz yerini tapacaq!
Məmməd İsgəndərov: “Aqil Babayevin şərikliyindən sonra müsbətə doğru xeyli dəyişiklik oldu”
2008-ci ildən 2021-ci ilədək “Şaurma N1” restoranlar şəbəkəsində kassir vəzifəsində çalışmışam. Bəzi illərdə filial müdiri işləmişəm.  Bu illər Natıq Sadıqovla Aqil Babayevin şəriklik dövrünə təsadüf edir. Aqil Babayevin şərikliyindən sonra iş prosesində müsbətə doğru xeyli dəyişiklik oldu. İş saatları stabilləşdi, əməkhaqqı artırıldı, işçilərə diqqət, qayğı göstərilməyə başlandı. Xüsusi özəl günlərdə işçilərə əlavə maddi dəstək edilirdi. Bunun nəticəsində iclaslarda da hər kəs görürdü ki, Natiq Sadıqov Aqil Babayevlə tam hesablaşır.  Bütün fəaliyyət məhz Aqil Babayevin tapşırıqları əsasında həyata keçirilirdi. 
Elvin İbrahimov: “Aqil Babayevi hər kəs xeyirxah insan kimi tanıyıb”
Mən 2008-ci ildən 2020-ci ilədək ilədək “Şaurma N1” restoranlar şəbəkəsində dəyişən kassir və əsas kassir vəzifəsində çalışmışam. Personalı və rəhbərliyi tanımışam.Aqil Babayevi də Şaurma N1 restoranlar şəbəkəsinin sahibi, şəriki kimi tanımışam. Aqil Babayevi hər kəs xeyirxah insan kimi tanıyıb. 
Aydın Mirzəzadə: “Aqil Babayev səriştəli biznesmen kimi özünü təsdiqlədi”
Mən 2008-2012-ci illərdə “Şaurma N1” restoranlar şəbəkəsində ofisant işləmişəm. İşlədikdən bir müddət sonra Aqil Babayevin şərikliyi haqqında bizə məlumat verildi. Aqil Babayevin şərikliyi ilə işlərin təkmilləşdiyinin şahidi olmuşam. Adicə müştərilərdən sifarişin qəbul olunmasında belə ciddi irəliləyiş baş verdi. İşimiz tam kampüter sisteminə keçdi, elektronlaşdı. Əməkhaqlarında artım oldu, iş saatları qaydaya salındı.Aqil Babayev səriştəli biznesmen kimi özünü təsdiqlədi. (anaxeber.info)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Noyabr 2024 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri