Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

“Bəzi insanlar “Milan”da olduğu müddətdə ora qayıtmağım mümkün deyil”

“Bəzi insanlar “Milan”da olduğu müddətdə ora qayıtmağım mümkün deyil”

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin yayında bir sıra önəmli ulduzlar Avropanı tərk edərək Səudiyyə Ərəbistanına yollandı.

"Football-plus.az" xəbər verir ki, onlardan biri Teo Ernandesdi.
28 yaşlı ispaniyalı sol cinah müdafiəçisi 6 illik “Milan” macərasına son qoyaraq 25 milyon avroya “Əl-Hilal”a yollandı. Teo Səudiyyə Ərəbistanında 3 ilə 60 milyon avro qazanacaq. İtaliya karyerasında A seriyasını və ölkə superkubokunu qazanan, eləcə də 4 dəfə ilin rəmiz yığmasına düşən Teonu “Milan” fanatları hələ uzun illər xatırlayacaq. Amma ötən mövsüm onun üçün uğursuz alındı. Xüsusilə ÇL-də “Feyenoord”la dueldəki fiasko zamanı yersiz qırmızı vərəqə almasını fanatlar ona bağışlamadı. “Milan”da ümumilikdə 262 rəsmi oyunda iştirak edərək hesabına 34 qol, 45 məhsuldar ötürmə yazan təcrübəli futbolçu bugünlərdə “Qazetta dello Sport”a müsahibə verib.
- Ər-Riyadda həyatın necə keçir?
- Əla. Mümkün olan ən yaxşı seçimi etmişəm. Yeganə mənfi cəhət yollardakı sıxlıqdı. Buranın tıxacı dəhşətdi.
- Simone İnzaqi səni Səudiyyə Ərəbistanına yollanmağa necə razı sala bildi?
- O, sadəcə, mənə “gəl, birlikdə qələbələr qazanaq” dedi. Bilirəm ki, “İnter”də onu “şeytan” adlandırırlar. Meydandakı İnzaqi ilə adi həyatdakı İnzaqi tam fərqli insanlardı. Meydandan kənarda o əsl centlmendi. Bəzər aramızda zarafatlar olur və mənə ötən mövsüm onu burda superkuboka həsrət qoymağımı xatırladır. Köməkçiləri ilə tez-tez Milan derbiləri və Dyumfrislə aramızdakı rəqabət haqda danışırıq.
- “Milan” superkubok matçı üçün Ər-Riyadda olarkən kiminləsə görüşə bildinmi?
- Bəli, “Napoli” ilə oyundan öncə bəziləri ilə görüşdüm. Ordan istədiyim şəkildə ayrıla bilməmişdim. Təəssüf ki, “Milan” uduzdu. Bartezaqi ilə bir qədər ayaqüstü söhbət etdim. Onu son oyunda iki qol vurması münasibətilə təbrik etdim, buna layiq olduğunu dedim. Bundan başqa, Modriçlə qucaqlaşdıq və səmimi söhbət etdik. Onunla “Real”da da bilrikdə oynamışam. Mükəmməl futbolçudu. Başqa səviyyədədi.
- Bəs rəhbərlikdən kiminləsə görüşdün?
- Bəli, Alleqri, Tare və İbrahimoviçlə. Furlani (baş direktor – red.) isə gəlmədi.
- Qərar vermək hüququn olsaydı, yenə də “Milan”dan ayrılardın?
- Qətiyyən. Əsas hədəfim klubda qalmaq idi.
- Ötən mövsümün qış transfer dönəmində “Komo”nun təklifini geri çevirməyin doğrudumu?
- Xeyr. Menecerim mənə bu barədə, ümumiyyətlə, hec bir məlumat verməmişdi. Sonradan mətbuatda oxudum ki, guya müqaviləni yeniləmək üçün astronomik məbləğ tələb etmişəm. Guya başqa kluba yollanmaq üçün dəridən-qabıqdan çıxırdım. Bunların hamısı yalandı.
- Sənin vida paylaşımın böyük əks-səda doğurdu. “Klubun seçdiyi yol vaxtilə məni bura gəlməyə vadar edən ambisiyalar və dəyərlərlə üst-üstə düşmür” ifadəsinə aydınlıq gətirə bilərsənmi?
- Nə yazmışamsa, həqiqətdi! Mən “Milan”a gələndə rəhbərlikdə Massara, Boban və mənim kumirim olan Maldini kimi isimlər var idi. İbrahimoviç, sözsüz ki, top futbolçu idi. Amma Maldini ayrılandan sonra “Milan”da hər şey pis tərəfə dəyişməyə başladı...
- Fanatların tənqidi səni üzdü?
- Bəli, çox üzdü. Düzdü, mənim də səhvlərim oldu. Məsələn, “Fiorentina” və “Feynoord”la oyunlarda aldığım qırmızı vərəqələr kimi. Amma biz də insanıq. Səhvlərimiz olur. Həmin matçlarda psixoloji cəhətdən yaxşı durumda deyildim. Fanatlar əsl Teonun “Milan”da necə oynadığını görüblər.
- Sənin bir qadına qarşı zorakılıq etdiyin də deyilirdi...
- Nəhayət, bu mövzuya aydınlıq gətirmək üçün əlimə fürsət düşüb. Bəzi insanlar, sadəcə, sənin həyatını və karyeranı məhv etməyə çalışır. Bu mövzu ortaya atılanda bəzi şərhləri üzülərək oxudum. Amma yaxınlarım və ailə üzvlərim gözəl bilir ki, bunların hamısı yalandı.
- Qayıdaq futbola. Ötən il “Latsio” ilə səfər oyununda su fasiləsi zamanı səninlə Leaonun Fonsekanın tapşırıqlarını dinləməkdən imtina etməyiniz səhv addım idi?
- Əslində bu məsələ süni şəkildə çox şişirdildi. Biz, sadəcə, Leao ilə meydana yenicə çıxdığımız üçün öz mövqelərimizdə qaldıq. Baş məşqçi ilə münasibətlərimizin qaydasında olmadığını deyirdilər. Amma bu, yalandı. Həm Fonseka, həm də Konseysao ilə münasibətlərim qaydasında idi. Düzdü, Konseysao avtoritar idi. Amma haqqımda deyilənlərin, yazılanların hamısı uydurmadı.
- Düşünürsən ki, “Milan” bu yay sənə qarşı haqsızlıq etdi?
- Bu yaşananları gözləmirdim. Daha yaxşı münasibətə layiq idim. Bəzi komanda yoldaşlarım məni qalmağım üçün dilə tutmağa çalışırdılar. Amma menecer zəng vurub sənə “burda qalsan, səni heyətdən kənarlaşdıracağıq” deyirsə, mən nə edə bilərəm? Yeni variant axtarmalı oldum.
- Maldininin ayrılması səni çox üzdü?
- Məni “Milan”a gətirən və bu səviyyəyə çatmağıma yardım edən məhz Maldini olmuşdu. İndiyə qədər də ünsiyyətimiz davam edir. Onun ayrılmasını qəbul edə bilmirdim. Ötən il bir dəfə Kalabriya ilə birlikdə bazaya Maldininin formasında gəldik. Bu hərəkətimiz bəzilərinin xoşuna gəlmədi. Etiraz edənlər hətta bayrağımızı da cırdılar. Həmin an başa düşdüm ki, “Milan” ruhu getdikcə zəifləyir. Bu ruh yalnız İbrahimoviçdə qalmışdı.
- O, komanda yoldaşı kimi necə biri idi?
- Məşqlərdə bizi az qala öldürürdü. Amma bunların hamısını bizim xeyrimiz üçün edirdi.
- Səncə, “Milan”da ən yaxşı qolun hansıdı?
- Çempion olduğumz il “Atalanta” ilə oyunda 90 metrlik fərdi keçiddən sonra vurduğum qol. Fanatlar indiyə qədər də o qolu xatırlayır. O an, sadəcə, instinktimə güvənərək hərəkət edirdim.
- Rafael Leao çempion mentallığına malikdi?
- Çox güclü futbolçudu. Sadəcə, bəzən fikri lazım olan yerdə olmur. Çempion olduğumuz mövsümdə biz onunla sol cinahda hər kəsi məhv edirdik. Fikrimcə, onun yeri məhz vingerdi. Mərkəz hücumçusu onluq deyil.
- Səncə, A seriyasının ən yaxşı sol müdafiəçisi idin?
- Bəli. Avropada ən çox Nunu Mendeşi bəyənirəm.
- Ötən mövsüm qardaşının şərəfini qoruduğu PSJ ÇL-in finalında “İnter”i darmadağın etdi...
- Bəli, ən azı onun qədər sevinirdim. İnzaqi tez-tez onu da mənə xatırladır. Amma mən nə edə bilərəm? Qəlbimin dərinliyində mən hələ də “Milan” azarkeşiyəm.
- Gələn il üçün hədəfin qardaşınla birlikdə DÇ-ni qazanmaqdı?
- Bəli. Bəzən gözümün önündə hələ də Kolo Muaninin DÇ-2022-nin finalında əldən verdiyi epizod canlanır. Ümid edirəm ki, İtaliya da DÇ-yə vəsiqə qazanacaq.
- Bəs “Milan” bu mövsüm skudettonu qazansa?
- Bunu fanatlarla birlikdə qeyd edəcəm.
- Bəs səni yenidən komandaya dəvət etsələr?
- İndi mən yalnız Səudiyyə Ərəbistanında qalib gəlmək barədə düşünürəm. Bəzi adamlar “Milan”da olduğu müddətdə ora qayıtmağım mümkün deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Dekabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri