Icma.az
close
up
RU
Bəzi ixtisaslar universitetlərdən alınıb institutlara köçürülməlidir

Bəzi ixtisaslar universitetlərdən alınıb institutlara köçürülməlidir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ali təhsil sistemində bəzi ixtisasların çoxsaylı universitetlərdə paralel şəkildə tədris olunması əvəzinə, onları ayrıca ixtisaslaşmış institutlarda mərkəzləşdirmək məsələsi struktur islahatları kontekstində aktuallıq kəsb edir. Bu yanaşma resursların daha səmərəli bölüşdürülməsi, akademik heyət və infrastrukturun ixtisaslaşmış mühitdə cəmləşdirilməsi, tədris və tədqiqat keyfiyyətinin yüksəldilməsi, eləcə də əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması baxımından əsaslandırıla bilər.

Modern.az xəbər verir ki, digər tərəfdən, ixtisasların universitetlərin strukturundan çıxarılması onların multidissiplinar mühitinə və akademik müxtəlifliyinə təsir göstərə bilər. Bu baxımdan məsələ yalnız inzibati dəyişiklik deyil, həm də ali təhsil modelinin konseptual seçimi kimi qiymətləndirilməlidir.

Buna görə də sual qalır: bəzi ixtisasların ali məktəblərdə deyil, ayrıca ixtisaslaşmış institutlarda tədris olunması ali təhsilin keyfiyyətinin və resurs səmərəliliyinin artırılması baxımından daha məqsədəuyğun ola bilərmi?

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, deputat Fariz İsmayılzadənin sözlərinə görə, burada müxtəlif yanaşmalar və beynəlxalq praktikalar mövcuddur:

"Lakin qeyd etmək lazımdır ki, müasir dövrdə multidissiplinar ixtisaslar daha da aktuallaşır. Elm, innovasiya və tərəqqi məhz müxtəlif sahələrin və disiplinlərin bir araya gələrək ortaq məqsəd naminə çalışdığı zaman daha sürətlə inkişaf edir; nəticədə ya innovativ məhsul, ya da yüksək keyfiyyətli kadr formalaşır.

Son illər ikili diplom və ikili ixtisas proqramlarının populyarlaşması da bunun göstəricisidir. Azərbaycana gəldikdə isə, təklif olunan struktur islahatları əvəzinə universitetlərə daha geniş muxtariyyət verilməsinin tərəfdarıyam. Ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun olaraq daha müasir ixtisaslar müəyyənləşdirməli və daha çevik fəaliyyət göstərə bilməlidirlər. Bazar sürətlə dəyişdiyi üçün ixtisaslar da yenilənməli, universitetlər müasir dövrün çağırışlarına uyğun elastik və dinamik şəkildə inkişaf etməlidir".

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Vasif Qafarov qeyd edib ki, bəzi ixtisasların çoxsaylı universitetlərdə paralel şəkildə tədris olunması əvəzinə ayrıca ixtisaslaşmış institutlarda mərkəzləşdirilməsi, ali təhsildə resursların daha səmərəli bölüşdürülməsi baxımından məqsədəuyğun hesab oluna bilər:

"Çünki bu halda eyni ixtisas üzrə laboratoriya, avadanlıq, maliyyə və akademik heyət müxtəlif yerlərdə parçalanmır, əksinə, daha güclü və fokuslanmış bir akademik mühitdə cəmlənir. Belə bir yanaşma xüsusilə bahalı infrastruktur tələb edən və dar ixtisaslaşmaya ehtiyac duyan sahələrdə tədris və tədqiqat keyfiyyətinin yüksəlməsinə, güclü elmi məktəblərin formalaşmasına və beynəlxalq əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər. Eyni zamanda, ixtisaslaşmış institut modeli əmək bazarının tələblərinə daha yaxın olmaq, sektorla daha sıx əməkdaşlıq qurmaq və praktik bacarıqların inkişafını gücləndirmək baxımından üstünlük verə bilər.

Bununla yanaşı, ixtisasların universitetlərin strukturundan çıxarılması onların əsas üstünlüklərindən biri olan multidissiplinar mühitə və akademik müxtəlifliyə mənfi təsir göstərə bilər. Müasir dünyada bir çox sahələr fənlərarası yanaşma tələb edir və tələbənin yalnız dar bir ixtisas çərçivəsində deyil, müxtəlif istiqamətlərin kəsişməsində inkişaf etməsi daha böyük üstünlük sayılır. Digər tərəfdən, mərkəzləşdirmə regional əlçatanlığı da zəiflədə bilər, çünki bəzi ixtisaslar yalnız bir neçə institutda toplandıqda regionlardan olan tələbələrin həmin təhsilə çıxışı çətinləşə, sosial bərabərlik və təhsil imkanlarının paylanması baxımından problemlər yarana bilər.

Nəticə etibarilə, bəzi ixtisasların universitetlərdə deyil, ayrıca ixtisaslaşmış institutlarda tədris olunması ali təhsilin keyfiyyətini və resurs səmərəliliyini artırmaq üçün effektiv vasitə ola bilər. Lakin bu yanaşma bütün sahələrə universal model kimi tətbiq edilməməli, sahələrin xarakterinə uyğun şəkildə seçilməli olan konseptual qərar kimi qiymətləndirilməlidir. Ən optimal yanaşma, yüksək texnoloji və bahalı resurs tələb edən dar sahələrin mərkəzləşdirilməsi ilə, multidissiplinar inkişaf tələb edən geniş sahələrin universitetlərdə saxlanılması arasında balansın qurulmasıdır". (Azedu)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2026 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri