Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq.
"Unikal" xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Belə ki, 1-ci sinfə qəbul qaydalarında bəzi yeniliklər edilib.
Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçən uşaqlar üçün əvvəlki illərdə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan "Ankara məktəbi" məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin I sinfə qəbul prosesində müsabiqə yolu ilə qəbul aparılmayacaq.
Qeyd edilən ümumi təhsil müəssisələrinin birinci siniflərinə yalnız prioritetlər üzrə və sərbəst qaydada qəbul aparılacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan digər 6 ümumi təhsil müəssisəsinə müraciətlərin sayından asılı olaraq müsabiqələrin keçirilib keçirilməməsi barədə qərar proses dövründə veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 08 Aprel 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















