Icma.az
close
up
RU
“Bəzi məmurların həbsi belə qorxu yaratmır” Razi Nurullayev

“Bəzi məmurların həbsi belə qorxu yaratmır” Razi Nurullayev

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Globalinfo.az Milli Məclisin deputatı Razi Nurullayevlə müsahibəni təqdim edir.

– Razi bəy, yanvar ayında maaşlar, pensiyalar və müavinətlərlə bağlı dəyişikliklər gözlənilirmi?

– Cəmiyyətdə yanvar ayı artıq “ümid ayı”na çevrilib. Rəsmi açıqlamalarda “sosial dövlət” anlayışı tez-tez vurğulanır, amma vətəndaşın mətbəxində vəziyyət dəyişmirsə, bu sözlər havada qalır. Əgər artım varsa da, vətəndaş qiymət artımının arxasınca çata bilmir. İnsan maaşı alır, amma ayın ortasında yenə borca düşür. Problem təkcə rəqəmlərdə yox, real alıcılıq qabiliyyətindədir. Ona görə də ən vacib məsələ vətəndaşlara verilən pulda ciddi artımın olmasıdır.

Bununla bərabər, vacib olan bölgələrdə iş yerlərinin yaradılmasına kömək göstərilməsidir. Amma yerli səviyyədə maneçilik və sahibkarın əlinə baxmaqdan, ona əngəllər yaratmaqdan başqa bir şey görə bilmirik. Nə qədər ki hamı birinci növbədə öz cibini düşünəcək və camaatın cibində olana göz dikəcək, heç nə dəyişməyəcək. Bəzi məmurların həbsi belə qorxu yaratmır. Köhnə hamam, köhnə tas…

– Dünya praktikasında belə bir təcrübə var ki, pensiya yaşına çatmış şəxşlər öldükdən sonra onun kapitalı 3 ay müddətində ailə üzvlərinə verilir. Azərbaycanda isə bu hal yoxdur. Yəni yığılan pul batıb gedir. Bu praktikanı biz də tətbiq etməliyikmi? Bunun reallaşmamasının səbəbi nədir?

– Açıq deyək ki, bu məsələ insanlarda ciddi narazılıq yaradır və bunu haqlı sayıram. Adam 30–40 il işləyir, pensiya fonduna pul yatırır, amma ömrü pensiya almağa çatmırsa, o vəsait sanki yoxa çıxır, göyə uçur, əriyib gedir. Ailə üzvlərinə o vəsaitdən verilmir, nə də ölən şəxs sağlığında ondan ən kritik ehtiyacı üçün istifadə edə bilir. Adam ağır xəstədirsə, ailəsində biri can çəkişirsə, onliklərlə işləyib yığdığı puldan istifadə edə bilmirsə, bu qəbuledilməzdir. Dünyanın bir çox ölkəsində bu, artıq normal praktikadır. Bizdə isə hələ də “büdcə dözə bilməz” arqumenti irəli sürülür. Kim deyir ki, hamı birdən götürsün? Ciddi və işlək mexanizmlər işləyib tətbiq etmək olar ki, heç büdcəyə də yük düşməz. Sosial ədalət büdcədən qorxmalı deyil. İnsan bilməlidir ki, onun əməyi boşa getməyəcək. Bu inam olmadan sistemə etibar da olmur.

– Bu gün əhalinin Bakıya axınının əsas səbəbi bölgələrdə iş yerlərinin az olmasıdır. Vətəndaşlar dolanışıq dərdindən iri şəhərlərə üz tutur. Hökumətin bu prosesin qarşısını almaq üçün nə kimi tədbirləri var və ya olacaq?

– Heç kim doğulduğu yeri könüllü tərk etmir. İnsan Bakıya romantik arzularla yox, məcburiyyətdən gəlir. Bölgədə iş yoxdur, olan iş də ailəni dolandırmır. Gənc görür ki, rayonda qalsa perspektivi yoxdur, çıxış yolunu Bakıda axtarır. Dövlət proqramları var, kağız üzərində hər şey yaxşı görünür. Amma real həyatda bu proqramlar insanın cibinə, həyatına müsbət dəyişiklik, pul-para gətirmir. İş yeri açılmasa, məktəb, xəstəxana, normal maaş olmasa, Bakıya axının qarşısını heç bir çağırışla almaq mümkün və lazım da deyil. Hamı yaxşı yaşamaq, yaxşı qazanmaq və yaxşı da infrastrukturu olan yerdə yaşamaq istəyir. İnsanlar yaşayış yerini seçməkdə sərbəstdirlər və bu hüququ onlara konstitusiya verib. Rayonlarda icra hakimiyyətlərinin, digər dövlət qurumlarının qəbulunda olurlar, onlara iş yeri və çörək verən var? Yox. Bəs insan nə etsin, kənddə, rayonda qalıb acından ölsün? Əlbəttə, bu, düzgün olmazdı.

– Son vaxtlar AYNA-dan şikayətlər çoxalır. Bu qurumun parklama siyasəti və yollara etdiyi müdaxilələr həm cəmiyyətdə etiraz yaradır, həm də paytaxtda tıxacları daha da artırır. Bununla bağlı hər hansı tədbirin görülməsi planlaşdırılırmı?

– Problem ondadır ki, vətəndaş özünü tərəfdaş yox, hədəf kimi hiss edir. Birdən-birə küçədə parklama qadağası qoyulur, yol daraldılır, alternativ isə göstərilmir. Nəticədə tıxac artır, əsəblər gərilir. İnsanlarda belə bir hiss formalaşır ki, məqsəd tıxacı azaltmaq yox, cərimə toplamaqdır. Əgər qərar düzgün olsa belə, izah edilmirsə, mərhələli tətbiq olunmursa, cəmiyyət onu qəbul etməyəcək. Şəhər insan üçün olmalıdır, insan şəhər üçün yox.

– Azərbaycanda tıxac probleminin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqi müzakirə olunur. 5 manat məbləğində cərimə gözlənilir. Tətbiq olunacaqmı?

– Tıxacı cərimə ilə həll etmək mümkün deyil. Bu, sadəcə problemi vətəndaşın cibinə yükləməkdir. Əgər avtobus gecikirsə, basabasdırsa, metroda sıxlıqdan kiminsə ürəyi dayanırsa, bütün vaqonlar ağzınacan dolu gəlib-gedirsə, alternativ yoxdursa, adama necə deyəsən ki, maşından düş, avtobusa, metroya min? 5 manat kimin üçünsə xırda puldur, kim üçünsə isə gündəlik çörək və ailəsinin dolanışığıdır. Belə mexanizmlər sosial ədalətsizliyi dərinləşdirir. Şəxsi avtomobillərdən imtina çağırışı ancaq o zaman işləyər ki, ictimai nəqliyyat doğrudan da rahat və etibarlı olsun. Əks halda, bu yanaşma problemi həll etməyəcək, yeni problemlər ortaya çıxaracaq.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:278
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri