Icma.az
close
up
RU
Bəzi ölkələr DÇ yə vəsiqə qazanır, biz isə FİFA reytinqində 2 3 pillə də irəliləyə bilmirik MÜSAHİBƏ

Bəzi ölkələr DÇ yə vəsiqə qazanır, biz isə FİFA reytinqində 2 3 pillə də irəliləyə bilmirik MÜSAHİBƏ

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın sabiq futbolçusu Rüfət Quliyev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda “Ayaks”a Bakıda uduzdu. Bu görüşdə Azərbaycan çempionunun uduzmasına səbəb nə oldu?

"Qarabağ"ın "Ayaks"a uduzması hamımızı üzdü. İstəməzdik ki, belə nəticə qeydə alınsın. Çünki "Qarabağ" pley-off şanslarını artırmaq üçün yaxşı şans əldə etmişdi. Qarşıdakı matçlar daha da çətindir. Biz deyirik ki, yaxşı oynadıq. Amma yaxşı oynayıb uduzmaq bizə sərf etmir. Bu dəqiqə bizim üçün nəticə önəmlidir. Çoxdandır ki, nəticə qazanmağın vaxtı çatıb, istər klub, istərsə də yığma səviyyəsində. Çünki özümüz də görürük ki, keçmiş potsovet ölkələri inkişaf edir. Bəzi ölkələr dünya çempionatına vəsiqə qazanır, biz isə heç FİFA reytinqində 2-3 pillə irəliləyə bilmirik.

- "Qarabağ" sona 10 dəqiqə qalmış 3 qol buraxaraq uduzdu. Rəqibin qarşısını almaq çox çətin idi yəqin ki?

Birinci hissənin sonlarında və ümumilikdə matçın sonunda qol buraxmaq problemli məsələlərdir. Düzdür, dəyişiklilər baş məşqçinin öz fikridir. Amma əvəzetmələr düzgün olmadı. Oyunu elə qurmalıydıq ki, bizə lazım olan hesabı qoruyaq. Demirəm ki, müdafiə dayanaq. Sadəcə oyunu elə qurmaq olardı ki, əks-hücumlar zamanı o cür qollar yaranmasın. İlk iki qolları öz səhvlərimizdən buraxdıq. Mövqe səhvləri idi. Digər qollar da əks-hücumlardan sonra oldu və bu da "Ayaks"ın səviyyəsini göstərdi. "Ayaks" həqiqətən də çox güclü klubdur. Sadəcə uğursuzluq dönəmində idi, bu mövsüm qənaətbəş nəticələri yoxdur. Onların hər zaman güclü oyunçuları, güclü strategiyaları var. Dünyanın ən yaxşı akademiyalarına sahibdir.

- Azərbaycan çempionunu qarşıda “Ayntraxt” və “Liverpul”a qarşı görüşləri qalıb. Azərbaycan çempionunun pley-off şanslarını necə dəyərləndirirsiniz?

Futboldur, hər şey ola bilər. Məlumdur ki, "Qarabağ" Liverpula uduzmağa getməyəcək. Oynamağa, qalib gəlmək üçün ora yollanacaqlar. Futboldur da, hər kəs meydana qələbə üçün çıxır. Amma öncə "Ayntraxt" görüşü var. Onu da nəzərə alaq ki, bu klublar da xallar qazanmaq istəyirlər, onlar üçün vacibdir. Çətin olacaq.

- Önəmli məqam odur ki, Almaniya Bundesliqası davam edən dönəmdə Azərbaycan Premyer Liqasında fasilə dönəmi olacaq. Bu, “Qarabağ” üçün əngəldir?

Bəli, Bundesliqa davam edəcək, bizdə isə fasilə olacaq. Təbii ki, bu, "Qarabağ" üçün mənfi hal kimi görünə bilər. Çünki oyun praktikası, futbolçuların fiziki, idman forması kimi detallar var. Hər halda, məşqçilər korpusu bu barədə düşünürlər. Yəqin yoldaşlıq matçları olacaq. Amma yenə də deyirəm ki, burada müsbət tərəfi yoxdur, yalnız mənfi tərəfi var. "Qarabağ" yeni ildə ilk rəsmi matçına çıxacaq. İstənilən halda, "Qarabağ"a uğurlar arzulayırıq, Azərbaycan çempionudur. Çox istəyərdik ki, nəticə bu komanda üçün xoş oldu. Uğurlar arzu edirəm onlara.

- Çətin olsa belə, "Qarabağ"ın bunu reallaşdıra biləcəyini düşünürsünüz?

- Əlbəttə. "Qarabağ" bu mövsüm də ÇL-də uğurlu çıxış edib. Futboldur da, hər şey mümkündür. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri