Icma.az
close
up
RU
“Bəzi piyadalar düşünür ki, sürücü vaxtında dayanacaq”

“Bəzi piyadalar düşünür ki, sürücü vaxtında dayanacaq”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Son günlər, xüsusilə bayramöncəsi yollarda hərəkət intensivliyinin artdığı bir vaxtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur. Təhlillər göstərir ki, belə qəzaların bir qismi sürücülərin diqqətsizliyi, digər qismi isə piyadaların məsuliyyətsiz davranışları səbəbindən baş verir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da birbaşa məsuliyyət daşıdığı sahədir.

“Təəssüf ki, bəzi piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmir, nəqliyyat axınının arasından qəfil yola çıxır, çoxzolaqlı və intensiv hərəkətin olduğu hissələrdən keçməyə çalışır, bəzən isə mobil telefondan istifadə edə-edə yolu keçir. Bu cür davranışlar insan həyatını birbaşa təhlükə altına qoyur.

Xüsusilə gecə saatlarında, məhdud görünmə şəraitində və sürətli hərəkətin müşahidə olunduğu ərazilərdə piyadanın qəfil hərəkət hissəsinə daxil olması faciə riskini daha da artırır. Bəzi piyadalar düşünür ki, sürücü onları mütləq görəcək və vaxtında dayanacaq. Halbuki yüksək sürət, yolun vəziyyəti, hava şəraiti, qarşıdan gələn işıqlar və digər amillər nəqliyyat vasitəsinin dərhal saxlanılmasını hər zaman mümkün etmir.

Çoxzolaqlı yollarda vəziyyət daha təhlükəli xarakter alır. Bir zolaqda hərəkət edən nəqliyyat vasitəsi piyadaya yol verdiyi halda, digər zolaqda hərəkətdə olan sürücü piyadanı gec görə və ya ümumiyyətlə fərq etməyə bilər. Nəticədə bir neçə saniyə ərzində ağır və geri dönüşü olmayan faciələr baş verir. Təəssüf ki, son günlərdə qeydə alınan bəzi qəzalar məhz bu səbəbdən baş verib.

Digər tərəfdən, bəzi sürücülər yaşayış məntəqələrində, məktəblərin, ticarət obyektlərinin və insanların sıx hərəkət etdiyi ərazilərin yaxınlığında sürət həddinə əməl etmir, piyada keçidlərinə yaxınlaşarkən kifayət qədər diqqətli davranmırlar. Halbuki belə ərazilərdə hər an gözlənilməz vəziyyət yarana bilər.

Hər kəs yadda saxlamalıdır ki, təhlükəsizlik qarşılıqlı məsuliyyət tələb edir. Sürücü piyadanın təhlükəsizliyinə, piyada isə həm öz həyatına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə qarşı həssas yanaşmalıdır.

Bir daha həm sürücüləri, həm də piyadaları diqqətli və məsuliyyətli olmağa çağırırıq. Heç bir tələskənlik, heç bir məsafə və heç bir bəhanə insan həyatından daha dəyərli deyil. Yol hərəkəti qaydalarına əməl etmək sadəcə qanuni tələb deyil, həyatın qorunmasının əsas şərtidir”, - DYP rəsmisi vurğulayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 May 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri