Icma.az
close
up
RU
Bəzi restoranlarda siqaret qadağasına əməl edilmir ŞİKAYƏT

Bəzi restoranlarda siqaret qadağasına əməl edilmir ŞİKAYƏT

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi restoran və kafelərdə, digər ictimai iaşə obyektlərində tütündən istifadəyə dair qadağalara əməl edilmir.

Moderator.az xəbər verir ki, Oxu.az-a bununla bağlı şikayət edən vətəndaş Firuzə Ağalarova bildirir ki, "Ağ şəhər"də yerləşən "Bedus" adlı restoranda gecə saatlarında, saat 22-23 radələrindən sonra ümumi zalda siqaret çəkilməsinə göz yumulur.

Bununla bağlı restoranın əməkdaşlarına irad bildirilsə də, nəticəsi olmayıb.

Bu kimi hallara digər restoranlarda da rast gəlinir.

"Son illər küçələrdə siqaret çəkib yerə atılmasına ciddi nəzarət olunsa da, ictimai-iaşə obyektlərdə qanun kobud şəkildə pozulur".

Bu sözləri Oxu.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov 2017-ci ildə qəbul edilən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun tələblərinin pozulmasını şərh edərkən deyib:

"Qanunun qüvvəyə minməsindən illər keçməsinə baxmayaraq, paytaxt və bölgələrdə bir çox iaşə obyektində bu tələblərin kobud şəkildə pozulduğu müşahidə edilir: Bakıda çox az sayda restoran və ya kafe var ki, qapalı yerdə siqaret çəkilməsinə icazə verilmir. Bəzi restoranlarda heç siqaret çəkilməsi üçün yerlər belə ayrılmayıb. Bir çox obyekt, xüsusilə qəlyanı əsas xidmət növü kimi təklif edənlər, ventilyasiya tələblərinə əməl etmədən qapalı zallarda müştərilərə tütün məmulatları təqdim etməyə davam edir.

Qanunla nəzərdə tutulmuş xüsusi çəkmə yerləri ya ümumiyyətlə ayrılmır, ya da formal xarakter daşıyır və tüstü digər qapalı zonalara sızır".

Eyyub Hüseynov bildirib ki, qanunvericilikdə problem yoxdur, əsas məsələ icra mexanizminin zəifliyindədir. O vurğulayıb ki, nəzarət orqanları tərəfindən daimi və sərt tələblər olmasa, sahibkarlar müştəri maraqlarını əsas gətirərək qanunu pozacaqlar:

"Ardıcıl və sərt nəzarət tədbirlərinin zəifliyi səbəbindən sui-istifadə edilir. Həmçinin, qanunu pozan müəssisələrin və şəxslərin ardıcıl şəkildə cəzalandırılmaması da qanunun pozulmasını şərtləndirir.

Ən əsası isə istehlakçılar və sahibkarlar arasında qanunun tələbləri və passiv siqaretçəkmənin yaratdığı sağlamlıq riskləri barədə maarifləndirmənin aşağı səviyyədə olması vəziyyətin bu həddə qədər gəlib çatmasına səbəb olub".

E.Hüseynov hesab edir ki, qanunun tam işləməsi və əhalinin sağlamlığının qorunması üçün müntəzəm reydlərin keçirilməsi, cərimə mexanizmlərinin sərtləşdirilməsi və ictimai nəzarətin gücləndirilməsi əsas şərtlərdir.

Onun sözlərinə görə, qanunun tələbləri qapalı ictimai məkanlar başda olmaqla bütün ölkə boyu kobud şəkildə pozulur:

"Azərbaycanda siqaretlər marketlərin kassalarının yanında açıq şəkildə nümayiş olunur. Dünyada çox az ölkədə belə nümunə var. Azərbaycan BMT-nin tütün əleyhinə çərçivə konvensiyasına qoşulub və qanunda ardıcıl olaraq bir-neçə dəfə dəyişiklik olub. Hər dəfə də dəyişikliklər xalqın xeyrinə edilib. Amma qanun icra olunmur. Köşklər başda olmaqla bəzi mağazalarda siqaretlərin tək-tək satılması, eləcə də məktəblərin və sağlamlıq obyektlərinin yaxınlığında tütün məmulatlarının satılması qadağan edilib. Amma buna bir çox yerlərdə əməl olunmur. Siqaret çox az mallardan biridir ki, dünya buna qarşı gedir. Lakin qanunun gücləndirilməsinə baxmayaraq yerinə yetirilmir.

Siqaretin bütün növləri zərərlidir. Layt, yüngül və nazik siqaretlər də bura aiddir. Lakin zərərlidən daha zərərlisi isə filtrsiz ucuz siqaretlərdir və təəssüf ki, Azərbaycanda illər boyu bu istehsal olunur".

Eyyub Hüseynovun fikrincə mövcud qanunvericilik siqaret satışını dolayısı ilə stimullaşdırır:

"Azərbaycanda müasir marketlərə daxil olduqda bizi canlı siqaret reklamı qarşılayır. Çünki reklam haqqında qanuna görə malın özü reklam hesab olunmur. Bu səhvdir. Qanuna təsir olunub, qanun yanlış qəbul olunub. Malın özü əslində ən yaxşı canlı reklamdır. Ona görə qanuna müdaxilə nəticəsində əldə olunan bu mənfi nəticədən satıcılar istifadə edir və Azərbaycanda marketlərdə insanları ilk siqaret taxçaları kassirin yanında qarşılayır. Bu yolverilməzdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri