Bəzi saytlara giriş məhdudlaşdırılacaq
Icma.az, Milli.az saytına istinadən bildirir.
İnternet informasiya ehtiyatlarına müraciətin müvəqqəti məhdudlaşdırılacağı hallar genişləndirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirə edilən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif olunan düzəlişlərdə əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların yerləşdirilməsinə yol verilməməlidir. Bu kateqoriyaya narkotik vasitələrin hazırlanması və istifadəsi ilə bağlı məlumatlar, pornoqrafik materiallar, ictimai əxlaqa zidd məzmunlar, qumar və qanunsuz mərc oyunlarına çağırışlar, intiharı təşviq edən məlumatlar, yaş kateqoriyasına uyğun olmayan audio-vizual materiallar, təhqir və böhtan xarakterli informasiyalar, eləcə də ictimai təhlükəsizliyə təhdid yarada bilən yalan məlumatlar daxildir.
Təklif edilən dəyişikliklərə əsasən, bu cür məlumatların yerləşdirildiyi hallarda internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə giriş müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Qeyd edilib ki, internet informasiya ehtiyatı dedikdə internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, domen adı və digər identifikasiya vasitələrinə malik olan informasiya resursu nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 30 İyun 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















