Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Bəzi şəxslər maddiyat üçün məlumatları oğurlayır və onları şantaj alətinə çevirirlər İT ütəxəssisi

Bəzi şəxslər maddiyat üçün məlumatları oğurlayır və onları şantaj alətinə çevirirlər İT ütəxəssisi

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Kibercinayətkarlıq etməklə kompüter məlumatlarını ələ keçirməkdə, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda təqsirləndirilərək, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılmış Tural Əliyevin barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

"İdrak" şirkətinin prezidenti Hikmət Abdullayev şahid qismində sərbəst ifadə verib.

Hikmət Abdullayevin həbsdə olan Tural Əliyevin içraçı direktoru olduğu və kiberhücumların aparıldığı "Zeromap" MMC-nin təsisçisi olduğu məlum olub.

Şahid ifadəsində vurğulayıb ki, o, təqsirləndirilən şəxsi İT sahəsindəki mükəmməl bacarıqlarına görə tanıyıb və işə götürüb.

"Onu işə götürdüm və özünü göstərməyi tapşırdım. Eyni zamanda, ona iş görməsi üçün bütün lazımi şəraitin yaradılacağını, texniki dəstəyin göstəriləcəyini bildirdim. Bununla yanaşı, ona dünyanın heç bir ölkəsinin şirkətlərinin gizlin şəkildə məxfi məlumatlarına daxil olmamasını tapşırdım. Belə ki, bu cinayətdir".

Şahid bildirib ki, Tural Əliyevə tətbiqlərdə boşluqları qısa zamanda aşkar edən proqram yaradılması üçün tapşırıq verib:

"Həmin proqramı biz dövlət orqanlarına təqdim edəcəkdik. Onlar bəyənsəydilər, tətbiq edəcəkdik. Bir müddət sonra xaricdən ölkəyə qayıdan zaman məni hava limanında DTX əməkdaşları qarşıladı və istintaqa dəvət etdilər".

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında "Ultra Texniki" MMC-nin serverinə də qanunsuz müdaxilə edib.

Daha sonra iş üzrə şahid qismində tanınan İT proqramçısı E.Abdullayev ifadə verib: "İkimiz də eyni sahə üzrə fəaliyyət göstəririk. Forumların birində tanış olmuşuq".

E.Abdullayev bildirib ki, Tural Əliyev casus proqramlarına meyilli idi, bəzi şirkətlərə kiberhücum cəhdləri edib, lakin uğursuz nəticələnib.

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan ilk ifadəsi elan olunub.

Təqsirləndirilən şəxs Tural Əliyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Proses aprelin 17-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Azərbaycanda haker proqramlarla düşmənə yox, daxili serverlərə müdaxilə edənlərin əsas məqsədi nədən ibarətdir? Qarşısı necə alına bilər?



Suallarımızı cavablandıran İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, bu cür hücumların motivasiyası adətən şəxsi maraqlar, maddi qazanc, daxili narazılıq və ya sistem boşluqlarını sınaqdan keçirmək məqsədi ilə əlaqələndirilir:


“Digər tərəfdən, hədəf seçimi çox zaman şəxsi maraqlarla bağlı olur. Birincisi, bəzi şəxslər maddi gəlir əldə etmək üçün daxili sistemlərə müdaxilə edərək məlumatları oğurlayır və ya onları şantaj alətinə çevirirlər.

İkincisi, keçmiş iş yerindən və ya hansısa qurumdan narazı olduğu üçün intiqam məqsədilə bu cür addımlar atır. Üçüncüsü, rəqib şirkətlərin məlumat bazalarına daxil olaraq üstünlük qazanmaq istəyənlər də daxili sistemlərə hücum edə bilər. Dördüncüsü isə  texniki bilikləri olan şəxslər xüsusilə gənclər, sadəcə bacarıqlarını sınamaq üçün serverlərə müdaxilə etməyə çalışırlar. Bu bəzən "etik olmayan test" formasında baş verir.

Bu tip hadisələrdən qorunmaq üçün hər bir qurumda informasiya təhlükəsizliyi prioritet olaraq qəbul edilməli, rəhbərlik və əməkdaşlar bu məsuliyyətə ortaq şəkildə yanaşmalıdır. Xüsusilə keçmiş və ya narazı əməkdaşların sistemə çıxış hüquqları vaxtında ləğv edilməli, davranışları monitorinq altında saxlanmalıdır. Firewall, antivirus, IDS/IPS sistemləri və loq qeydlərinin analizi kimi vasitələrlə hücum cəhdləri vaxtında aşkarlanmalıdır. Bunlarla yanaşı mütəmadi olaraq "penetration test" və daxili auditlərlə sistemlərdəki boşluqlar üzə çıxarılmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see217

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see210

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see206

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see190

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see184

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see178

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see164

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see158

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see150

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see150

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see149

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see143

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see137

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see135

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see134

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see132

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri