Icma.az
close
up
RU
Zaqatalada arılar kütləvi halda MƏHV OLUR Karantin tətbiq olunacaq? FOTO

Zaqatalada arılar kütləvi halda MƏHV OLUR Karantin tətbiq olunacaq? FOTO

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizin əksər bölgələrində olduğu kimi Zaqatalada da yay aylarında arı ailələrində başlayan müxtəlif xəstəliklər hələ də davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə yüzlərlə arı ailəsi kütləvi qırılıb, tələf olub. Arı ailələrində kütləvi xəstəliklərin yayılması, eləcə də vəhşi arıların basqına məruz qalması arıçıların ciddi narahatlığına səbəb olub.
Son bir neçə ayda arı ailələrində yayılan kütləvi xəstəliklərdən sonra Dağlı kəndinin və ətrafdakı yaşayış məntəqələrinin əksər təsərrüfatlarında çəkilən zəhmətin hədər getməsi arıçıları çətin vəziyyətə salıb, bir ümidsizlik yaranıb. Arıçı Rafiq Abdullayevin təsərrüfatında 90 arı ailəsindən 18-i qalıbmış. 
Arıçı Rasim İlyasov uzun illərin təcrübəsinə əsaslanaraq arı ailələri arasında müşahidə olunan xəstəliklərin ilkin əlamətlərini sadalayıb.  
O, deyib ki, arı ailələrində bakteroloji xəstəliklər var ki, bunları gözlə görmək mümkün deyil, yalnız mikroskop altında görə bilirik:
“Yəni bunları tam lobaratoriya təyin edə bilər ki, bu hansı xəstəlikdir və biz ona qarşı hansı dərmanlarla tədbir görə bilək. Bizdə lobaratoriya olmadığına görə bu il arıçılar çox çətin bir vəziyyətdə qaldılar və demək olar ki, arılarımızın  70-80- i faizi məhv olub”.  
Kəndin ən nümunəvi təsərrüfatlarından daha birinə baş çəkirik.
Həyətə daxil olanda ətrafda göz oxşayan səliqə-səhman diqqətdən qaçmır. Öyrənirik ki, arı xəstəliklərinin kütləvi yayıldığı təkcə Dağlı kəndində 40 nəfər arıçılıqla məşğul olur və onların 3 mindən artıq arı ailəsi vardı. Lakin yaz-yay aylarından başlayaraq xəstəliklərin kütləviləşməsi nəticəsində arı ailələrinin 80 faizdən artığı məhv olub. Elə olduğumuz bu təsərrüfatda 200 dən artıq arı ailəsinin 150-si məhv olduğundan bir kənara yığıblar.
 

Arıçı Məmmədnəbi Qurbanov ali təhsilli kənd təsərrüfatı mütəxəssisidir. Ömrünün 40 ilə yaxınını arıçıliğın inkişafına və öyrənilməsinə həsr edib. Mütəxəssis rayonda baş verən kütləvi arı qırğınlardan çıxış yollarını belə izah edir:


“Bu itkilər böyük astronomik rəqəmə çatıb. Arıxanaların 50 faizdən çoxu məhv olub.  Bunun ən çox səbəblərindən biri arı parazitləri və arı viruslarıdır. Bunların yayılmasında müəyyən arıçıların günahı var”- deyən müsahibimiz təklif edir ki, respublikada arıçılıq təsərrüfatlarında təcili monitorinqlər keçirilməli, xəstə arılar müəyyənləşdirilməlidir.
Eyni zamanda rayon və kəndlər üzrə karantin tətbiq olunmalıdır:
“Bir sıra insanlara sosial xidmətlər tərəfindən verilən arı ailələrinin düzgün istifadə olunmaması da xəstəliklərin çoxalmasında mühüm rol oynayır .Belə insanlar təcrübəli arıçıların yanında dərslərə, təlimlərə cəlb olunmalı və müəyyən biliklər əldə etdikdən sonra onlara sertifikat verilməlidir”, - deyə o, bildirib.  
Qeyd edək ki, Zaqatala rayonunda 2 minə yaxın təsərrüfatçı arıçılıqla məşğul olur. Rayonun arıçılıq təsərrüfatlarında arı ailələrinin sayı isə 40 minə yaxınlaşır.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Noyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri