Icma.az
close
up
RU
“Bəzi xəbərlər reallıqdan tamamilə uzaq olur” Baxşıyev

“Bəzi xəbərlər reallıqdan tamamilə uzaq olur” Baxşıyev

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının III turunun “Araz-Naxçıvan” – “Qəbələ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Komanda olaraq bilirdik ki, bizi nə gözləyir. “Qəbələ” yaxşı komandadır. Ümumi olaraq ağır oyun idi. Üstünlük bəzən bizdə, bəzən isə onlarda idi”.

– Yeni transfer Coşqun Diniyevin mövqeyində bir çox oyunçularınız var. Bir müddət futboldan kənar qalmasını nəzərə alsaq,son durumu necədir?

– Coşqun istədiyim futbolçu idi. Onun oyununun komandaya faydalı olacağına inanıram. Uzun müddət futboldan kənar idi. Ancaq özünü toparlayacağını da bilirik.

– Gənc futbolçulara şans verən bir məşqçisiniz. Bu futbolçulardan biri də qolkiper Süleyman Həsənovdur. Onun perspektivi haqda düşüncələriniz?

– 2-ci hissədə 6 yerli futbolçumuz var idi. Bizim komanda adına keyfiyyətli yerli futbolçuların olduğunu deyə bilərəm. Süleymana gəldikdə isə, gənc qapıçıdır. Hazırda Premyer Liqada oynamağa tam hazır olduğunu deyə bilmərik. Amma gələcəyə perspektiv vəd edən qapıçıdır.

– “Omoniya” ilə matçdan sonra bəzi mətbuat orqanlarında sizin komandadan ayrılacağınız haqda məlumatlar yayılmışdı…

– Mən də çalışıram ki, idman mediasını izləyim. Bəzi xəbərlər reallıqdan tamamilə uzaq olur. Məni bura rəhbərlik gətirib. Mən burda öz işimi görməyə çalışıram. Təbii ki, qərar onlarındır. Burada olduğum müddətdə üzərimizə nə düşürsə, onu da etməyə çalışırıq. “Omoniya”da fiaskoya uğradıq. Biz də o nəticəni gözləmirdik. Futbolda sığortalı heç nə yoxdur.

– Bəzi klubların rəhbərləri çempionluğa oynadıqlarını açıqlayıblar. Sizin komandanın belə bir məqsədi varmı?

– Mən məşqçiyəm. Bu sualı rəhbərliyə ünvanlasanız daha yaxşı olar. Amma onu da qeyd edim ki, çempionluq sözlə olmur. Çempionluq böyük bir əməyin nəticəsində qazanılan bir uğurdur.

– Ramon Maçadonun son durumu barədə nə deyə bilərsiniz?

– Maçado artıq məşqlərə başlayıb. millinin oyunları ilə əlaqədar yaranmış fasilədən sonra komandaya qoşulacağını gözləyirik.

Şahin Cəfərov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 Avqust 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri