Bibiheybətdə istirahət mərkəzində yanğın baş verib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
APA nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxisalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500 m² olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.
Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:Bibiheybətdə baş verən qəzanın videosu yayıldı
31 İyul 2025 12:20
Məmurlar Bibiheybətdə bağlanan yolda... VİDEO
06 Aprel 2026 18:54
Heydərov Bibiheybətdə sürüşmə təhlükəsi olan ərazidə Video
06 Aprel 2026 15:47
Su polisi Bibiheybətdə əməliyyat keçirdi: saxlanılan var VİDEO
17 Dekabr 2025 10:23
Bibiheybətdə sürüşməyə görə bağlanan yolda təmirə başlanıldı Video
10 Aprel 2026 12:39
Baxış sayı:80
Bu xəbər 08 Sentyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















