Biləcəri icra nümayəndəsinin 400 min manatı... Kimlər istintaqa cəlb edilib?
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elm və Təhsi Nazirliyinin Baş Əsaslı Təmir-Tikinti İdarəsinin sabiq rəhbəri Allahverdi Dəmirovun Biləcəridə icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.
Mia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əvvəldən tanıdığı Rafiq Vəliyev yalan vəd verərək S.Dəmirlini ona 400 min manatdan çox pul verməyə razı salıb.
Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.
Fotoda Seyfəddin Dəmirli
R.Vəliyev barəsində sonradan həbslə bağlı olmayan "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıblar.
Baxış sayı:110
Bu xəbər 23 Mart 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















