Biləcəridə hər gün qəza riski: Sürücülər təhlükə ilə üz üzə
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ndə mart ayında yağan güclü yağışlar nəticəsində daş hasar qəzalı vəziyyətə düşüb. Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, aidiyyəti qurumlar problemin köklü həlli istiqamətində ciddi addım atmayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Qurumların əraziyə yalnız beton maneələr yerləşdirməsi ensiz olan yolu daha da daraldıb. Bu maneələr günün pik saatlarında tıxaca səbəb olur.
"Hasar qəzalı vəziyyətdədir. Beton maneələr isə həm tıxac yaradır, həm də təhlükəlidir. Onların üzərində heç bir xəbərdaredici nişan yoxdur. Sürücülər gecə saatlarında və ya diqqətsizlik nəticəsində avtomobillə həmin betonlara çırpıla bilərlər", - vətəndaşlardan biri söyləyib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, həmin ünvandakı istinad divarının qısa müddət ərzində bərpasına başlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 14 İyul 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















