Icma.az
close
up
RU
Biləsuvarda 6 cı Hindquşu Mətbəx Festivalı keçirilib

Biləsuvarda 6 cı Hindquşu Mətbəx Festivalı keçirilib

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biləsuvar rayonunda VI “Hindquşu - Mətbəx Festivalı” təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, eləcə də Dövlət Turizm Agentliyinin tərəfdaşlığı ilə keçirilən festivalın məqsədi yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, milli mətbəx nümunələrinin təbliği və bölgənin turizm potensialının təşviqidir.

Biləsuvar şəhər Mərkəzi Parkında təşkil olunan festivalda dövlət və özəl sektor nümayəndələri, kənd təsərrüfatı istehsalçıları, fermerlər, kulinariya mütəxəssisləri və çoxsaylı ziyarətçilər ediblər.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalın bölgənin sosial-iqtisadi inkişafı, yerli istehsalın təşviqi və kənd təsərrüfatı ənənələrinin qorunması baxımından əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, bu cür tədbirlər quşçuluq təsərrüfatlarının inkişafına, fermerlərin məhsullarını daha geniş auditoriyaya təqdim etməsinə, istehsalçı ilə istehlakçı arasında əlaqələrin möhkəmlənməsinə və regionlarda sahibkarlıq imkanlarının genişlənməsinə töhfə verir.

Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Günay Ağamalı, həmçinin Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı festivalın keçirilməsini müsbət qiymətləndiriblər.

Çıxışlarda ölkədə həyata keçirilən inkişaf strategiyasının regionların tərəqqisinə təsiri, kənd təsərrüfatı və digər sahələrdə əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.

Festival çərçivəsində aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, alternativ enerji mənbələri ilə işləyən texnologiyalar, gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları və digər innovativ məhsullar nümayiş etdirilib.

Bununla yanaşı, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəf və istiqamətlərini əks etdirən posterlər sərgilənib, fermerlər arasında maarifləndirmə və təşviqat işləri aparılıb.

Tədbir iştirakçılarına yerli kənd təsərrüfatı məhsulları və sənətkarlıq nümunələri təqdim olunub, müxtəlif kənd təsərrüfatı məhsullarının satışı təşkil edilib. Həmçinin kənd həyatını əks etdirən guşələr, əl işləri və həsirçilik nümunələri ziyarətçilərin marağına səbəb olub.

Festivalın kulinariya bölməsində hind quşu ətindən hazırlanmış müxtəlif yeməklər nümayiş etdirilib. Yerli aşpazlarla yanaşı, fərqli mətbəx ənənələrini təmsil edən iştirakçılar da öz kulinariya bacarıqlarını nümayiş ediblər.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Noyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri