Biləsuvarda qohumlar arasında qan davasında 19 yaşlı gənc bıçaqlandı
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Biləsuvarda qisas zəminində bıçaqlanma olub.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.
Kəndin sərnişindaşıma mikroaftobusunda Çinarlı kənd sakini 24 yaşlı Orxan Abdullazadə həmkəndlisi 19 yaşlı Vadər Həmidlini bıçaqlayıb.
Zərərçəkən Vadərin anasının sözlərinə görə, Orxan qardaşı ilə oğlunu izləyərək hadisəni törədib.
Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumdur. V.Həmidlinin atası 50 yaşlı Cavid Həmidov 2023-ci ildə bacısının həyat yoldaşı 53 yaşlı Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, yanvarın 25-də saat 11 radələrində V.Həmidliyə xəsarət yetirməkdə şübhəli bilinən 24 yaşlı Orxan Abdullazadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 25 Yanvar 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















