Icma.az
close
up
RU
Biləsuvarın həbsdə olan sabiq icra başçısının müsadirə edilən əmlakları ilə bağlı QƏRAR

Biləsuvarın həbsdə olan sabiq icra başçısının müsadirə edilən əmlakları ilə bağlı QƏRAR

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şirvan Apellyasiya Məhkəməsində Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin ailə üzvünün xüsusi müsadirə edilən əmlakları ilə bağlı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb.


Qeyd: M.Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Daha sonra Ali Məhkəmə eks-icra başçısının cəzasını 8 il 3 aya endirib.


Xatırlatma: M.Quliyevin ailə üzvü Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmündən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi apellyasiya şikayəti verib. O, məhkəmənin hökmünün mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllədə yerləşən mənzillərin xüsusi müsadirə hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi.

Kamal Məmmədov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 May 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see139

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see118

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Çaki öldü

29 May 2025 00:07see117

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see114

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Kapitan klubdakı gələcəyindən danışdı

28 May 2025 18:17see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri