Qazaxıstan televiziyasının nümayəndəsi: İnanıram ki, Azərbaycan mediası gələcəkdə də dünyaya öz gücünü nümayiş etdirməkdə davam edəcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 30 may, N.Əsgərov, AZƏRTAC
Qədim Naxçıvan şəhərində Azərbaycan mətbuatının 150 illiyi qeyd olunur. Hörmətli həmkarlarımı ürəkdən təbrik edir və bu əlamətdar tədbirin keçirilməsində onlara uğurlar diləyirəm.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qazaxıstan televiziyasının Xəbərlər departamentinin direktoru Beynequl Abauova Naxçıvanda keçirilən “MEDİAFEST-2025”-ə ünvanladığı videotəbrikdə söyləyib.
Beynequl Abauova təbrikində qeyd edib: “İki ölkə arasındakı ümumi mədəniyyətə, mənəvi dəyərlərə və dərin tarixi köklərə əsaslanan dostluq əlaqələri böyük əhəmiyyət kəsb edir. Azərbaycan mediası ilə mütəmadi olaraq məlumat mübadiləsi həyata keçiririk. İnanıram ki, Azərbaycan mediası gələcəkdə də bütün dünyaya öz gücünü nümayiş etdirməkdə davam edəcək. Sizə yaradıcılıq yüksəlişi və uğurlar arzu edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 30 May 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















