DİM ötənilki qəbul və buraxılış imtahanlarının elmi statistik təhlillərin açıq müzakirəsini aparacaq
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində nəşr edib. SİA xəbər verir ki, bu elmi-statistik təhlillər 2024-cü ildə DİM-in keçirdiyi müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb.
Mərkəz iyul ayı ərzində respublika pedaqoji və təhsil ictimaiyyəti, təhsil qurumları və müəssisələri rəhbərlərinin iştirakı ilə elmi-statistik təhlillərin açıq müzakirəsini nəzərdə tutur.
Müzakirələrdə iştirak etmək istəyən pedaqoji və təhsil ictimaiyyəti nümayəndələri 30 may-10 iyun tarixlərində bu link vasitəsilə anket formasını doldurmaqla qeydiyyatdan keçməlidir.
Qeydiyyat prosesi başa çatdıqdan sonra iştirakçıların anket formasında göstərdikləri elektron poçt ünvanlarına jurnalın elektron variantı göndəriləcək.
Müzakirələr müxtəlif istiqamətlər – ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eləcə də ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları olmaqla müxtəlif günlərdə təşkil olunacaq. Hər bir istiqamət üzrə müzakirə günləri haqqında əlavə məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 30 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















