Icma.az
close
up
RU
“Bilgəh” sularda keşik çəkəcək

“Bilgəh” sularda keşik çəkəcək

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dünən Bilgəhdə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin yeni tikilmiş “Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı və yeni texnikaların təqdimatı mərasimi keçirilib.

Yeni tikilmiş modul tipli sularda xilasetmə məntəqəsi hər cür vasitələrlə təmin olunub, burada dalğıc-xilasedicilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bundan əlavə, bildirilib ki, dalğıc-xilasedicilərin gündəlik fəaliyyətinin daha səmərəli qurulması məqsədilə hazırda 8-i Bakı şəhəri və Abşeron rayonunda, 12-si isə digər bölgələrdə olmaqla ümumilikdə 20 modul tipli sularda xilasetmə məntəqəsinin tikintisi həyata keçirilir.

Həmçinin məlumat verilib ki, yeni alınmış texnika və hissələrə 10 ədəd 4 metrlik altı plastik rezin qayıq, 10 ədəd “Yamaha” markalı hidrosikl və bunlar üçün 10 ədəd “Mercury 25” markalı asma mühərrik daxildir. Çevikliyi, istismar cəhətdən sadəliyi və texniki xidmət baxımından rahatlığı ilə seçilən bu texnikalar vətəndaşlarımızın sularda təhlükəsizliyinin təmin edilməsi işinə mühüm töhfə olacaqdır.

Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini, xilasetmə, yanğınsöndürmə və digər təyinatlı ən müasir texnika və avadanlıqların ölkəmizə gətirilərək uğurla tətbiq olunduğunu, şəxsi heyətin gündəlik fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını xatırladan nazir Kəmaləddin Heydərov, insanların sularda təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinin Fövqəladə Hallar Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə işin daha səmərəli təşkili məqsədilə müvafiq tapşırıqlar verib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri