Icma.az
close
up
RU
Bilik olsa, maaş da olacaq: Nazir müəllimlərə nə mesaj verir?

Bilik olsa, maaş da olacaq: Nazir müəllimlərə nə mesaj verir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar təhsi sistemində ən çox müzakirə olunan məsələlərdən biri müəllimin dərs saatının artırılması, onların əmək haqqının necə müəyyənləşdiriləcəyidir.

Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayevin "Real TV"yə müsahibəsində bu istiqamətdə bir sıra məsələlərə toxunub.

Nazir məzmunla bağlı problemi də xatırladaraq bildirib ki, Azərbaycanda təhsilin məzmunu müəllimin məvacibinə bağlıdır:

"Bu, nə qədər ki belə qalacaq, məzmunu dəyişmək çətin olacaq. Məzmunu dəyişmək müəllimin maaşını dəyişmək deməkdir. Şərti olaraq, əgər biologiyanı bir saat azaldaq deyiriksə, bu həmin fənnin müəlliminin maaşının 10 % azalmasıdır. Məzmunda olunan dəyişiklik müəllimlərin maaşına təsir edəcək, müəllim maaşı ilə bağlı verilən qərar məzmuna təsir edəcək". 

E. Əmrullayev qeyd edib ki, müəllimlərin maaşı mütəmadi artırılsa da, məzmunu dəyişmək olmur.Onun fikrincə, Azərbaycanda 4 nəsil eyni məzmunla təhsil alıb, eyni fənləri oxuyub:

"Sistem eynidir və bunu dəyişmək çox çətindir. 1990-cı illərdə informatika fənni tədris olunmağa başladı. Bu məntiqlə təhsilə süni intellekt də gətirə bilərik. Amma müəllimlərimiz fənlərarası əməkdaşlığı başa düşməlidir. Məqsədlər dəyişməlidir. 

Müəllimin məqsədi ona ayrılan saatları keçib dərhal məktəbdən getməkdirsə, başqa fənn müəlliminin o uşağa nə öyrətdiyi onu maraqlandırmırsa, şagird hərtərəfli inkişaf etməyəcək".

Nazir vurğulayıb ki, daha çox müəllimlərdən danışılsa da, təhsilin bütün mahiyyəti uşaqdır:

"Biz müəllimə niyə maaş veririk? Çünki şagird daha yaxşı öyrənməlidir. Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik". Qeyd edək ki, müəllimin yaxşı dərs keçməsinin nəticəsi imtahanda özünü göstərir. Yəni şagird imtahanda yaxşı nəticə göstərirsə, məlum olur ki, müəllimin nəticəsi yaxşıdır. İmtahanı isə DİM keçirir.

Yəni imtahanı keçirən orqanla tərdisi verən orqan eyni deyil. Məsələn, müəllim yaxşı dərs keçib, yaxşı maaş alır. Digər tərəfdən də DİM sualları getdikcə çətinləşdirir və proqrama uyğun salmır. Yenə də şagirdin nəticəsi zəif olacaq.

Bu zaman problemi kim həll edəcək? Necə biləcəklər ki, əslində müəllim yaxşı tədris edib, sadəcə suallar o proqrama düşməyib? Adətən indi müəllimlər deyir ki, “biz dərs deyirik, sadəcə DİM tədris proqramına uyğun olmayan yerdən  suallar salır”.

Bunu ekspertlər də deyirlər. Əgər DİM-in sualları tərtib etmə qaydası belə davam edəcəksə, o zaman müəllimlərin yaxşı nəticə göstərməsi yenə mümkün olmayacaq. Bu məsələ necə tənzimlənəcək? Bəlkə nazirliklə DİM ortaq nəticəyə gəlməlidir?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elmin Nuri “Cebheinfo.az”-a bildirib ki, burada müəllimlərə qarşı heç bir mənfi fikirdən söhbət gedə bilməz: 

“İlkin baxışdan kimsə belə oxuya, belə yanaşa bilər. Nazir orada maraqlı fikir bildirir. Yəni öyrənmə prosesi bir müəllim üçün təkcə öz fənnini tədris etməklə yekunlaşmır. Bu o demək deyil ki, fizika müəllimi, həm də ədəbiyyat keçəcək. Yox! Bu, tamam başqa kontekstdir.

Bu, müəllimin məktəbdəki rolunu, şagird üçün faydalılığını daha artıracaq. Onun üçün öyrənmə prosesini daha böyük kontekstdə canlandıracaq. Nazirin sözünün alt qatında “öyrənmək” sözünün daha böyük kontekstdə izahı var: biz bu yeni modeli ona görə təqdim edirik ki, burada öyrənmək sözü, böyük anlamda ÖYRƏNMƏK kimi tətbiq olunsun.

Başa düşürəm, kimsə məni qeyri-səmimilikdə qınaya biləcək. Hərənin öz fikri var. Onsuz hər fikir öz əsas və  lazımi məzmunu ilə hər kəsə çatsaydı, onda biz nəyisə müzakirə belə etməzdik. Yəni biz müəllimə ona görə maaş verəcəyik ki, müəllim öyrənmənin məhz bu kriteriyasını həyata keçirsin. Sadəcə biz məsələnin yalnız bir baxış bucağından yanaşırıq”.  

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: maaş müəllim nazir Elmin Nuri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri