Icma.az
close
up
RU
Bill Qeyts həyatındakı ən böyük peşmançılığını açıqladı: Boşanma prosesi...

Bill Qeyts həyatındakı ən böyük peşmançılığını açıqladı: Boşanma prosesi...

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Microsoft"un qurucusu, milyarder iş adamı Bill Qeyts "The Times of London" nəşrinə verdiyi müsahibədə "indi yaxşı olduğunu" bildirsə də, Melinda Frenç Qeyts ilə 27 illik evliliklərini bitirmələrini həyatındakı "ən çox peşmanlıq duyduğu səhv" kimi qiymətləndirib. 

Qaynarinfo xəbər verir ki, Bill Qeyts hər zaman 45 il evli qalan valideynlərinin münasibətlərinə bənzər bir evlilik arzuladığını vurğulayıb.

"Boşanma prosesi mənim və Melinda üçün azı iki il ərzində çox çətin bir şey oldu. Bütün yetkin həyatınızı eyni insanla keçirməyin çox gözəl tərəfi var. Birlikdə yaşadığınız xatirələr dərinləşir və uşaq sahibi olmaq kimi məsələlər bu əlaqəni daha da möhkəmləndirir", deyə milyarder bildirib.

Xeyriyyəçi fəaliyyəti ilə də tanınan Bill Qeyts həyatındakı uğursuzluqlar sırasında boşanma prosesinin ictimaiyyətin gözü qarşısında baş verməsini "ən böyük səhv" kimi gördüyünü deyib.

"Başqa səhvlərim də olub, amma heç biri vacib deyil" deyən Bill Qeyts 1987-ci ildə Melinda ilə "Microsoft" şirkətində tanış olub. O zaman Bill şirkətin baş icraçı direktoru, Melinda isə məhsul meneceri vəzifəsini tuturdu. Cütlük satış görüşü zamanı tanış olub. Məlumata görə, Bill Qeyts Melindaya şirkətin avtoparkında görüşmə təklifi edib.

1994-cü ildə evlənən cütlük üç uşaq sahibi olub: Cenifer (28 yaş), Rori (25 yaş) və Fibi (22 yaş). "Melinda ilə tanış olduğumda nisbətən uğurlu idim, lakin qeyri-adi dərəcədə uğurlu deyildim. O, birlikdə olduğumuz müddətdə mənim həyatıma çox şey qatdı", deyə Bill Qeyts əlavə edib.

Cütlük əvvəlcə evlərini ayırıb, 2021-ci ildə isə boşandıqlarını açıqlayıblar. Onlar birgə verdikləri açıqlamada "həyatın növbəti mərhələsində bir cütlük olaraq birlikdə böyüyə bilmədiklərini" bildiriblər. Bill Qeyts isə bu barədə "Çətin bir dövr idi. Sonradan isə Melinda fondan ayrılmağa qərar verdi. Bu qərar məni məyus etdi", deyib.

Melinda 2024-cü ildə fondakı vəzifəsindən ayrıldıqdan sonra dünyada yoxsulluq, xəstəlik və bərabərsizliklə mübarizə aparan "Bill & Melinda Gates" Fondu adını "Gates Fondu" olaraq dəyişdirib.

Bill Qeyts 2022-ci ildə Savannah Qatriyə verdiyi müsahibədə "Ayrılıqda sadiq qalınmaması rol oynayıbmı" sualına konkret cavab vermədən "ailəsini üzən" bəzi hərəkətlərindən bəhs edib. Elə həmin il Melinda "CBS Mornings" proqramında keçmiş ərinin pedofiliya, insan alveri və cinsi zorakılıq ittihamları ilə məhkum edilən, 2019-cu ildə həbsxana kamerasında intihar edən milyarder Ceffri Epşteyn ilə münasibətlərinin onların ayrılmasında rol oynadığını bildirib:

"Ceffri Epşteyn ilə görüşlərini bəyənmirdim. Bu fikrimi ona açıq şəkildə bildirdim. Ceffri iyrənc bir adam idi. O, pisliyin canlı təcəssümü idi".

Boşanma zamanı Bill Qeytsin sərvəti 130 milyard dollar dəyərində idi. Cütlüyün evlilik müqaviləsi olmasa da, boşanma şərtlərini müəyyən edən "boşanma razılaşması" var.

Bill Qeyts 2023-cü ildə Paula Kalupa ilə münasibətə başlayıb. Paula "Oracle" şirkətinin keçmiş baş icraçı direktoru Mark Hördün dul həyat yoldaşıdır. Melinda isə 2024-cü ilin oktyabr ayında sahibkar Filip Von ilə münasibətini ictimaiyyətə açıqlayıb.

Bill həyatın davam etdiyini bildirərək Melinda ilə əlaqədə qaldıqlarını vurğulayıb: "Melinda və mən hələ də görüşürük. Üç övladımız və iki nəvəmiz var, buna görə də ailə tədbirlərimiz olur. Uşaqlar yaxşı vəziyyətdədir. Onlar yaxşı dəyərlərə sahibdirlər".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri