Icma.az
close
up
RU
Bill Qeytsin 69 illik sirrini qızı açıqladı: Atamın Asperger sindromu var

Bill Qeytsin 69 illik sirrini qızı açıqladı: Atamın Asperger sindromu var

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Microsoft”un qurucusu Bill Qeytsin şəxsi həyatı ilə bağlı illərlə gizli saxlanılan bir məlumat gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Milyarderin 22 yaşlı qızı Foebe Qeyts atasının sağlamlıq vəziyyəti ilə bağlı əvvəllər açıqlanmamış bir faktı təsadüfən ictimailəşdirib.

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, hazırda Stanford Universitetində təhsil alan Foebe Qeyts “Call Her Daddy” adlı məşhur podkasta qonaq olub.

Veriliş zamanı aparıcı Aleks Kuper ilə söhbətində atasının sosial davranışlarını təsvir edən Foebe, “Atam sosial baxımdan olduqca bacarıqsızdır. O, özünün Asperger sindromu (psixi pozğunluq - red.) olduğunu deyib”, – deyə bildirib.


Bill Qeyts daha öncə autizm spektrinə aid xüsusiyyətlər daşıdığını etiraf etsə də, bu vaxta qədər hər hansı rəsmi diaqnoz açıqlamamışdı. Qızının bu etirafı isə ilk dəfə ailə daxilindən gələn birbaşa tibbi məlumat kimi qiymətləndirilib.


Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub. Sosial mediada mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilib, bəziləri bu məlumatın təəccüblü olmadığını desə də, digərləri diaqnozun qeyri-peşəkar şəkildə dilə gətirildiyini vurğulayıb.


Bill Qeyts hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.


Xatırladaq ki, milyarder 2023-cü ildə nəşr olunan “Source Code” adlı xatirə kitabında uşaqlıqda sosial münasibətlərdə çətinlik çəkdiyini, müəyyən mövzularda həddindən artıq fokuslandığını və indiki dövrdə olsaydı, bəlkə də ona autizm spektr pozuntusu diaqnozu qoyulacağını qeyd etmişdi. “Bəzən işimə elə qapılırdım ki, yemək yeməyi belə unudurdum” , –  deyə Qeyts o dövrü təsvir etmişdi.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri