Icma.az
close
up
RU
“Bilmirəm necə sağ qaldım” Jurnalist yanğın zamanı yaşadığı dəhşətli anları danışdı

“Bilmirəm necə sağ qaldım” Jurnalist yanğın zamanı yaşadığı dəhşətli anları danışdı

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Yasamal rayonunda baş verən yanğında ölümdən xilas olan jurnalist Heydər Mirzə həmin dəhşətli anları danışb.

"Yeni Sabah" xəbər verir ki, o bu barədə "Facebook" hesabında paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik:

"Allah ölənlərə rəhmət eləsin. 

2020-də çox şey gördük. Amma anidən ölüm fərqli, hər nəfəsin səni ölümə aparması isə fərqli şeydir. 

5-ci mərtəbədən geri 12-yə o yol… Mən bilmirəm necə sağ qaldım. Samirin qapısı Mehman bəyin qapısından sonra pilləkənə ən yaxın olan qapı idi. Mənim qapım isə ən uzaq olan idi. Bütün məntiqlə mən sağ qalmamalı idim. 

Qaranlıq və tüstüdə (tüstü demək olarsa ona, zəhərdir) 11-ci mərtəbəni 12 bilib yarısına kimi gedib təzdən qayıdanda beynimdə artıq özümlə sağollaşdım. Çünki nəfəs almalı idim, baş işləmirdi artıq zəhəri içəriyə alıb hər nəfəsdə bir qədər də gic olurdum. 

Orada dostum Emili və bizimlə aşağı qaçan Mahmudovlar ailəsini itirdim. Birtəhər qayıtdım yolu, qalxdım 12-yə. İki dəfə yıxıldım, artıq ciyər partlayırdı. Qaranlıqda əlimi atdım paradnıdakı divana. Sonra şkafa. Son cəhddə çatdım qapıya (şükür ki açarla bağlamadım). Yıxıldım dəhlizə və qapını örtdüm. 

Ağzımdan qara bəlğəm gəldi. Öz özümə deyirəm Emil öldü… Süleymangil öldü… 30 saniyə sonra qapı açıldı və dəhlizə Emil yıxıldı. Eyni cür qara bəlğəm. 

Sonrasını danışmaq çox çətindir, çünki ölənlər bizim mərtəbə və ya yaxın öldülər anladığım qədər hamısı. Neçə dəfə qapını açsam da, heçkəsi çıxara bilmədik. Qapının arxasına bir addım ölüm demək idi. Səslər gəlirdi… Hardasa 10 metrdə, amma o məsafəni artıq mümkün deyildi keçmək. 

Təxliyə zamanı Mahmudovları sağ görəndə sevindim… Amma çox çəkmədi, çox tez bildik ki ölənlər var…". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Noyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri