Bina sakinləri ayağa qalxdılar: Qurumdan şikayətlərlə bağlı nə deyildi?
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 44A ünvanında yaşayan sakinlər binanın zirzəmisində çalışan zərgərlərin fəaliyyətindən narazıdırlar.
Onların sözlərinə görə, zərgərlik sexindən həm pis qoxu yayılır, həm də obyektlərin elektrik xətti binanın ümumi enerji təminatına qoşulub.
Sakinlərdən biri bildirib ki, obyektlərin fəaliyyəti binanın elektrik xəttinə əlavə yük yaradır: "Azərişıq" işıq xəttimizi zərgərlərin istifadəsinə verib. Əgər partlayış baş versə, heç birimiz buradan sağ çıxa bilməyəcəyik".
Digər bir vətəndaş isə təhlükənin qarşısının alınmamasından narazı olduğunu deyib: "Burada ölüm olmasa, heç bir tədbir görməyəcəklər. İndidən şikayətimizi bildiririk, niyə baxmırlar?!"
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, sakinlərin narahatlığı əsassızdır. Qurumun məlumatına görə, binaya verilən elektrik xətti ilə sexin enerji xətti bir-birindən ayrıdır.
Vətəndaşları narahat edən digər bir məqam - qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qeyd olunub ki, daxil olan şikayətlər əsasında Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun mütəxəssisləri tərəfindən ünvanda yoxlama aparılıb. Nəticədə, sexlərdən havaya atılan tullantıların normativ hədlər daxilində olduğu müəyyən edilib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 10 Dekabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















