Binalardakı gizli təhlükə Ekspertdən XƏBƏRDARLIQ
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Son dövrlər çoxmərtəbəli yaşayış binalarının damında əlavə tikililərin inşa olunması diqqət çəkən məsələlərdən biridir.
Bəzi hallarda dam örtüyündə əlavə otaqların, mansardların və digər konstruksiyaların inşa edilməsi binaya əlavə yük yaradır. Bu isə tikilinin dayanıqlılığına, sakinlərin təhlükəsizliyinə və binanın istismar müddətinə təsir göstərə bilər.
Bəs çoxmərtəbəli binaların damında əlavə tikililərin inşası hansı təhlükələrə yol aça bilər? Bu cür müdaxilələr binanın konstruktiv dayanıqlılığına necə təsir edir və sakinlərin təhlükəsizliyi baxımından hansı risklər yaradır?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, layihədən kənar əlavə konstruksiyaların quraşdırılması ilk növbədə binanın daşıyıcı qabiliyyətinə və konstruktiv dayanıqlılığına təhlükə yaradır:
"Çoxmərtəbəli yaşayış binalarının damında layihədən kənar əlavə konstruksiyaların quraşdırılması, ilk növbədə, binanın daşıyıcı qabiliyyətinə və konstruktiv dayanıqlığına təhlükə yaradır.
Hər bir bina layihələndirilərkən bünövrə və daşıyıcı konstruksiyalar müəyyən statik və dinamik yüklərə hesablanır. Damda inşa edilən əlavə tikililər isə binaya normadan artıq statik yük gətirir. Bu, xüsusilə seysmik təsirlər və qruntun çökməsi zamanı deformasiyalara və çatların yaranmasına səbəb ola bilər.
Ekspertin sözlərinə görə, mühəndis hesablamaları aparılmadan inşa edilən əlavə konstruksiyalar güclü külək zamanı da təhlükə yarada bilər:
"Digər mühüm amil aerodinamik təsirlərdir. Hündürlük artdıqca külək yükləri də güclənir. Mühəndis hesablamaları aparılmadan və standartlara uyğun olmayan materiallardan istifadə edilməklə tikilən mansardlar və örtüklər güclü küləyə davam gətirməyə bilər. Nəticədə həmin konstruksiyaların qoparaq ətrafdakı insanların həyatı və əmlakı üçün birbaşa təhlükə yaratması mümkündür.
Bundan başqa, dam örtüklərinin yanğın təhlükəsizliyi və tüstüçıxarma sistemləri də nəzərə alınmalıdır. Layihədən kənar tikililər tüstüçıxarma kanallarını bağlaya və fövqəladə hallarda xilasetmə bölmələrinin operativ fəaliyyətini məhdudlaşdıra bilər”.
O. Musayev qeyd edib ki, müvafiq texniki ekspertiza və dövlət qurumlarının razılığı olmadan əlavə tikililərin inşa edilməsi sakinlərin təhlükəsizliyini ciddi risk altına sala bilər:
"Nəticə etibarilə, texniki ekspertiza və müvafiq dövlət qurumlarının razılığı olmadan bu cür tikililərin inşa edilməsi binanın ümumi istismar müddətini azalda və sakinlərin təhlükəsizliyini ciddi risk altına sala bilər”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Oktyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















