Binəqədi şosesində aylarla davam edən qazıntı işləri nə vaxt yekunlaşacaq?
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Binəqədi şosesində aylarla davam edən qazıntı və təmir işləri yolda hərəkəti çətinləşdirib.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusən də günün pik saatlarında ərazidə uzun tıxac yaranır.
Yaranan çətinlik ən çox da sürücüləri narahat edir. Onlar deyirlər ki, günün bütün saatlarında həmin yolda sıxlıq yaranır.
Eyni zamanda, Avtomobil Yolları Dövlət Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin yolda onlar tərəfindən heç bir işin icra edilməməsi ilə bağlı açıqlama yayıblar.
Ərazidə çəkiliş zamanı məlum olub ki, həmin işi özəl şirkətlərdən biri aparır. Yaxınlıqda Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus yeni tikilən binalar üçün kanalizasiya xətləri çəkilir.
İş icraçısı Sabir Mustafayev deyib ki, 4 kilometrdən çox ərazidə aparılan işlərin 90 faizi yekunlaşıb. Boruların çəkilməsi işi yekunlaşdıqdan sonra yol asfaltlanacaq və təxminən bir aya təhvil veriləcək.
Binəqədi şosesində aylarla davam edən qazıntı işləri nə vaxt yekunlaşacaq?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Oktyabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















