Binəqədidə ödəmə terminalından oğurluq edən 2 nəfər tutulub
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.
APA xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında rayonun 28 May qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3 min manatdan artıq vəsaiti talayıblar. Saxlanılan şəxslərin törətdikləri oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Ödəmə terminalından oğurluq edən şəxs tutuldu
27 Yanvar 2025 12:58
Bakıda ödəmə terminalından oğurluq edildi
21 Yanvar 2025 11:07
Ödəmə terminalından oğurluq edildi VİDEO
24 Oktyabr 2025 17:08
Ödəmə terminalından oğurluq edən şəxs saxlanıldı FOTO
30 Dekabr 2024 10:06
Binəqədidə oğurluq edən 2 nəfər saxlanılıb
11 Dekabr 2024 16:03
Baxış sayı:176
Bu xəbər 13 İyul 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















