“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun…” KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
“Şah İsmayıl Xətainin əleyhinə danışanlar əvvəla tarixi bilmirlər, yəqin, qaynaqlardan xəbərləri yoxdur. Ancaq düşmənlərin vaxtında Şah İsmayıl haqqında yazdıqları mənfi fikirləri də var. Adam da öz millətinə, Azərbaycanı birləşdirən böyük dövlət quran hökmdarını bu cür tənqid edər? Ona görə mən o haqda söhbətə qarışmaq istəmirəm ki, ayıbdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında professor Firudin Cəlilov Şah İsmayıl Xətai ilə bağlı müzakirələr və fikir ayrılıqlarına münasibət bildirərkən deyib.
F. Cəlilov tarixi şəxsiyyəti tənqid edənlərlə razılaşmadığını bildirib: “Onu kürd, fars kimi təqdim edirlər. Bunu deyənlər düşmənlərdir. Bu, sadəcə kiməsə sərf edir ki, mövzunu gündəmə gətirib. Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun ki, qələtinizi edin, işlərinizlə məşğul olun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 11 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















