Icma.az
close
up
RU
Bir ailənin bayram sevincinə son qoyan QƏZA VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA VİDEO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Sərt döngədə idarəetmədən çıxan avtomobil su kanalına aşıb. Bu gün, saat 09:00 radələrində Zərdab-Mollakənd avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən 20-ci kilometrində Laçın rayon sakini Vəkil Abışovun idarə etdiyi “"Hyundai" markalı avtomobil sərt döngədə idarəetmədən çıxaraq su kanalına aşıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU 

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO


Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən Rasim Nəsibov və Paket Nəsibova hadisə yerində həyatlarını itirib:
“Sürücü və digər üç sərnişin - Vidadi Nəsibov, Ramilə Nəsibova və Mütəllim Mütəllimov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
 

Bir ailənin bayram sevincinə son qoyan sözügedən yol qəzasının ilkin təhlili bir daha deməyə əsas verir ki, sərt döngəli yollarda sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sürücülərin yorğun, yuxusuz, yaxud sükan arxasında diqqəti yayındıran hərəkətlərə aludə olması onların özlərinin, doğmalarının, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.


Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları sürət həddini gözləməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, avtomobilin texniki sazlığını səfərdən öncə, eləcə də səfər boyu nəzarətdə saxlamağa çağırır.
Bayram tətilinin xoş təəssüratlarla yadda qalması üçün yol hərəkəti iştirakçılarından məsuliyyətli olmağı və verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyi xahiş edirik”, - məlumatda qeyd olunub.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Mart 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri