Icma.az
close
up
RU
Bir ayda 3 ana ölümü: risk faktorları, YAŞ amili... Professordan SOS

Bir ayda 3 ana ölümü: risk faktorları, YAŞ amili... Professordan SOS

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, Bakıda doğuş keçirən qadın vəfat edib. Hadisə martın 15-də Sabunçu rayonundakı doğum evində baş verib. Paytaxt sakini, 1973-cü il təvəllüdlü (53 yaş) Mətanət Mirzəyeva əkiz uşaq dünyaya gətirdikdən sonra ölüb.

Qeyd edək ki, bu ay ana ölümü ilə bağlı daha iki xəbər yayılmışdı. Amma belə fikir də var ki, qadınlarda gec yaşlarda hamiləlik riskli hesab edilir. Son olayda bu amil nə dərəcədə rol oynaya bilərdi? Qadınlar üçün ən optimal və təhlükəsiz reproduktiv yaş dövrü hansıdır?

Mütəxəssislər bildirirlər ki, ana ölümlərinin səbəbləri müxtəlif olsa da, əsas risk faktorlarından biri qadının yaşıdır. Tibbi araşdırmalara görə, qadınlar üçün ən optimal və təhlükəsiz reproduktiv yaş dövrü 20-30 yaş aralığı hesab olunur. Daha geniş yanaşmada isə bu interval 25–35 yaş kimi göstərilir. Bu dövrdə həm ana orqanizmi hamiləliyə daha uyğun olur, həm də ağırlaşma riski minimum səviyyədə qalır.

Bunun əksinə olaraq, 35 yaşdan sonra hamiləlik tibdə artıq riskli hesab edilir. Yaş artdıqca qadın orqanizmində baş verən dəyişikliklər hamiləliyin gedişinə təsir göstərir. Bu dövrdə yüksək qan təzyiqi, şəkərli diabet, hormonal balans pozuntuları və digər yanaşı xəstəliklərin yaranma ehtimalı artır. Eyni zamanda, genetik anomaliyalar, düşük və ölü doğum riskləri yüksəlir. Xüsusilə 40 yaşdan sonra bu risklər daha da kəskinləşir və həm ana, həm də körpə üçün ciddi təhlükələr yarada bilir.

Digər tərəfdən, çox erkən yaşda, yəni 20 yaşdan əvvəl hamiləlik də təhlükəsiz hesab olunmur. Bu hallarda orqanizmin tam formalaşmaması səbəbindən müxtəlif ağırlaşmalar, o cümlədən erkən doğuş və infeksiya riski artır...

Beləliklə, həm erkən, həm də gec yaşda hamiləlik müəyyən risklər daşıyır. Lakin mütəxəssislər xüsusilə gec yaşda baş verən hamiləliklərdə risk faktorlarının daha ciddi nəzərə alınmalı olduğunu vurğulayırlar. Son hadisədə 53 yaş faktoru da bu baxımdan diqqət çəkir.

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

“Əlbəttə, ana və uşaq ölümləri bütün ictimaiyyəti, o cümlədən tibbi ictimaiyyəti ciddi şəkildə narahat edən məsələlərdəndir. Bu, reproduktiv sağlamlıqla birbaşa bağlı olduğu üçün xüsusi diqqətlə araşdırılmalıdır. Baxaq, hər bir belə hadisənin əsasında nə dayanır? Əksər hallarda arzuolunmayan və ya planlaşdırılmamış hamiləliklər ön plana çıxır. Qadınlar hamilə qalır, lakin yanaşı xəstəliklərin – yəni komorbid vəziyyətlərin mövcudluğu nəzərə alınmır. Nəticədə yalnız doğuş ərəfəsində ginekoloqa müraciət edilir və məlum olur ki, bu hamiləlik tibbi baxımdan əks göstərişli olub. Belə hallara az rast gəlinmir. Ümumiyyətlə, bu gün Azərbaycanda tam fizioloji və problemsiz keçən hamiləliklər azdır. Hamiləliyin gedişində müxtəlif amillər – yaş faktoru, yanaşı xəstəliklər və digər risklər mühüm rol oynayır”.

Professor hesab edir ki, bu məsələdə ilk növbədə hər bir ölüm halı ayrı-ayrılıqda araşdırılmalıdır:

“Daha sonra bu hallar ümumiləşdirilərək statistik təhlil aparılmalıdır ki, əsas səbəblər müəyyənləşdirilsin. Bu mərhələ olmadan edilən müzakirələr ciddi və əsaslı sayıla bilməz. Hər bir ölüm hadisəsi, xüsusilə xəstəxana şəraitində baş veribsə, mütləq şəkildə araşdırılmalı, autopsiya aparılmalıdır. Ölümün səbəbi – istər mövcud xəstəlik, istər hamiləliyin ağırlaşması, istərsə də digər amillər – dəqiq müəyyən edilməlidir. Təəssüf ki, bəzi hallarda autopsiya aparılmır və bu da məsələyə yalnız ümumi yanaşma ilə kifayətlənməyə səbəb olur. Halbuki, problemin həlli məhz sistemli araşdırma və dəqiq təhlildən keçir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Mart 2026 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri