Bir ayrılığın izi ilə Koxalskinin “Qarabağ” karyerası
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşalı qapıçı Mateuş Koxalski “Qarabağ”dan ayrılıb. Komandanın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan”la oyunundan (3:2) sonra bu barədə mətbuat konfransında bildirib. Qolkiper karyerasına vətənində davam edəcək.
2024-cü ilin avqustunda “Qarabağ”la müqavilə imzalayan Koxalski “atlılar”la sonuncu matçına çempionatın III turunda “Sumqayıt”la görüşdə çıxıb. Komandada debütü liqada “Turan Tovuz”la oyuna təsadüf etmiş və görüşdə tovuzlular minimal hesabla qələbə qazanmışdı. Son matçı da eyni hesabla bitdi, bu dəfə “çərçivə”ni toxunulmaz saxladı, komandası üç xala sevindi.
Mateuşun ayrılığı yaydan gündəmdə idi. O, 2025/26 mövsümündə Çempionlar Liqasının əsas mərhələsində “Napoli”, “Çelsi”, “Ayaks”, “Kopenhagen” kimi komandalarla matçlarda sərgilədiyi oyunla dünya mətbuatının diqqətini çəkmişdi. Almaniyanın “Borussiya”, İtaliyanın “Napoli” klubları şifahi danışıqlar aparsa da, görüşlər rəsmi status almamışdı. “Qarabağ” Koxalskini buraxmaq istəməsə də, qolkiper getmək arzusunda idi.
26 yaşlı qapıçı ayrılıq qərarında olduğunu bir neçə dəfə Polşa mətbuatına müsahibəsində qeyd etmişdi. Lakin klubun onu buraxmadığını da söyləmişdi. Artıq onun gedişinə zəmin yaranmışdı. Qurban Qurbanov da oyunçunun davranışlarını başa düşürdü və heyətə yeni “əlcək sahibi” – Martin Zlomisliç cəlb olundu. Koxalskinin ayrılığına maneə qalmamışdı.
Avropa Liqasında Bolqarıstanın ÇSKA komandası ilə cavab oyununda penaltilər seriyasında uğursuzluqla yadda qalan qolkiper həm də ruh düşkünlüyü yaşaması ilə diqqət çəkmişdi.
“Qarabağ”la beynəlxalq arenada tanınan, Avropa klublarının transfer siyahısına düşən Koxalskinin növbəti ünvanının TOP-5 olacağı gözlənilsə də, seçimi Polşadan yana oldu.
Qolkiper iki illik Azərbaycan karyerasında həm klubu, həm özü üçün böyük işlər görə bilib. Mateuş “Qarabağ” formasıyla 76 oyunda 87 qol buraxıb, 28 matçda isə qapısını toxunulmaz saxlayıb.
Milli komanda yolu da “atlılar”la açılan polşalı “Qarabağ”a, “Qarabağ” isə ona kritik seyvləri, həlledici məqamlardakı qurtarışlarıyla minnətdar olacaq.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 07 Sentyabr 2026 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















