Icma.az
close
up
RU
Bir cahil varsa, o da mənəm...

Bir cahil varsa, o da mənəm...

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kubra Məhərrəmova yazır...

2025-ci ilin son günündə bu yazını yazmağı özümə borc bildim. Bu yazıya etiraf deyək, yoxsa təqsiri könüllü olaraq boyuna almaq, onu oxucuların ixtiyarına buraxıram. Bütün hallarda hər birinizin geniş ürəyinə və mərhəmət hissinə güvənərək keçid alıram məsələyə.

Deməli, illərdir ağır bir dərddən əziyyət çəkirəm, buna əqli gerilik də demək olar.

Dekabr ayı gəldisə başlayıram hər sübh tezdən və gecə saatlarına qədər eyvandan fişəng atmağa. Elə-belə, xoşuma gəlir.

Qonşuda uşaq var, yaşlı var, xəstə adamlar var, vecimə də deyil. Əsas mənim kefim yerində olsun.

Partapart, vurhavur! Özü də bilirəm ki, bu fişəngdən bir qığılcım qonşunun evinə, eyvanına düşsə, bina, mənzillər od tutub yanacaq. Amma kimə deyirsən, hava qaraldısa, gizlincə aldığım fişəngləri partlatmalıyam.

Doğrudur, pirotexniki vasitələrin satışı qadağandır, amma mən bir yolunu tapıb alıram. Həm də bilirəm ki, bu fişənglər məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı da qadağandır. Aşkar olunduğu təqdirdə, dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür. Yəni kimsə mənim evimə gəlsə, həmin qadağan olunmuş pirotexniki vasitələrdən tapacaq. Gəl ki, özümü saxlaya bilmirəm, qeyri-qanuni əməllərə imza atıram.

Bir gün şəklimi xəbər bülletenlərinin "saxlanılanlar" bölməsində görsəniz, heç təəccüblənməyin. Bəri başdan sizi xəbərdar edirəm.

Açığı binamızda illərlə qonşuluq etdiyim adamlar, "Ay Kubra, bu işin sonu yoxdur, axır-əvvəl haqq-hesab verməli olacaqsan", desələr də, yenə də fişəng atmaq həvəsim hər şeyə qalib gəlir. Bu sizə anlada bilmədiyim elə bir hissdir ki...

Ona görə də sizdən xahiş edirəm, bəlkə siz mənə bir yol göstərəsiniz?! Bir məsləhətli həkimdən, psixoloqdan deyin, gedim müalicə alım. Yoxsa bu yaşda, bu başda niyə eyvandan fişəng atım ki?

Həyətə düşəndə də məhəllənin uşaqlarına acıqlanım ki, "utanmırsınız ölməkdən, səhər yox, axşam yox, fişəng partladırsınız?"

Sonra da ağıllı-başlı adamlar kimi gedirəm tədbirlərə. Yekə-yekə, ağıllı-ağıllı danışıram.

İstəyirəm müalicə olunum, anlayım ki, fişəng atmaq axmaqlıqdır. Ağlı, şüuru olan belə eləməz. Çünki fişəngin bir qığılcımı kiminsə gözünə düşüb, onu kor edə bilər. Kiminsə qulağının dibində partlayıb qulağını kar edə bilər. Əlini-üzünü yandıra bilər. Hələ ev və küçə heyvanlarının nə çəkdiyini demirəm.

Reabilitasiyadan keçim, islah olum, aranıza qatılım. Amma mənim cahilliyimi unutmayın - uşaqlarınıza deyin ki, mənim kimi olmasınlar. Axı onlar sizin kimi dürüst, məsuliyyətli valideynlərin uşaqlarıdır! Onların sizin kimi ataları, anaları var.

Məni pis nümunə göstərin. Bütün günahları da atın mənim üstümə. Yetər ki, gələcəyimiz olan uşaqlar mənim kimi olmasınlar.

Bu yazı bir ironiyadır. Başqalarına söz deyə bilmədiyimiz cəmiyyətdə problemi öz üzərimdən yazmaqdan və müzakirəyə çıxarmaqdan başqa çarə yoxdur. Çünki bu cəmiyyətdə hamı ağıllıdır, hamı savadlıdır. Bir cahil varsa, o da mənəm.

Hüseyn Cavid demiş, "İblis nədir? - Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? - İblis!"

Bu bayramı iblisdən uzaq, sakit, hüzurlu, üz-bədən xəsarətləri almadan, gözəl keçirmək arzusu ilə hər kəsin Yeni ilini təbrik edirəm.

Qoy fişənglər eyvanlarda deyil, qəlblərdə işıq saçsın, birinin axmaq vərdişi, başqasının təzyiq və şəkərinin qalxmasına, fiziki xəsarət almasına, bədbəxt hadisələrə səbəb olmasın. Bir sözlə, həmrəy olaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri