Icma.az
close
up
RU
Bir çox avtomobil nömrələrini RADARLAR SƏHV GÖRÜR : Ölkəyə yeni nömrəoxuyan cihazlar gətiriləcək?

Bir çox avtomobil nömrələrini RADARLAR SƏHV GÖRÜR : Ölkəyə yeni nömrəoxuyan cihazlar gətiriləcək?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir çox sürücülər avtomobillərinin dövlət nömrə nişanlarında olan hərflərə görə onlara yanlış cərimə gəlməsindən narazıdırlar.

Bununla bağlı Oxu.Az-a müraciət edən sürücü bildirib ki, hazırda dövlət nömrə nişanlarında olan Q hərfini kamera-radarlar O və D kimi oxuyurlar. Bu səbəbdən də cərimələr qaydanı pozanlara deyil, fərqli adamlara yazılır.

"Şərti olaraq izah etsəm, tutaq ki, 77-QB-000 nömrəsinə gəlməli cərimə 77-OB-000 nömrəsinin sahibinə yazılır. Əgər sürücü yazılan protokola diqqət etməsə, gələn cəriməni ödəməli olur. Bununla bağlı dəfələrlə yol polisinə müraciət etmişəm. Bildiriblər ki, üç aya ölkəyə yeni nömrəoxuyan sistem gətirəcək və həmin sistemin tətbiqindən sonra bu problem aradan qalxacaq, nömrə nişanları düzgün oxunacaq", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında nömrə oxumaq üçün hər hansı yeni sistemin gətiriləcəyi ilə bağlı məlumatı təkzib edib.

O qeyd edib ki, sözügedən məsələ ilə bağlı şikayətlərə rast gəlinsə də, ümumilikdə belə hallar kütləvi xarakter daşımır:

"Doğrudur, bəzən foto və ya videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən qayda pozuntuları ilə bağlı çıxarılan elektron qərarlarda texniki xətalara rast gəlinir. Buna bir sıra hallar, o cümlədən dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması, qeyri-sabit hava şəraiti, rəqəm və hərflərə qanunsuz müdaxilə edilməsi, eləcə də, yazılış etibarı ilə oxşar olan rəqəm və ya hərflərin texniki qurğu vasitəsilə yanlış qeydə alınması səbəb ola bilər.

Bildirmək istərdim ki, BDYPİ-yə elektron qərarın yanlış olması ilə bağlı müraciət daxil olduqda müvafiq araşdırma aparılır və texniki xəta dərhal aradan qaldırılır.

Bir daha nəqliyyat vasitələrinin sahiblərindən belə hallarla qarşılaşdıqda "902" qaynar xətt xidmətinə, dyp.gov.az saytına, yaxud BDYPİ-nin sosial şəbəkə hesablarına müraciət etmələri xahiş olunur", - deyə M.Ağayev vurğulayıb.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Mart 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri