Icma.az
close
up
RU
Bir çox qərəz və məkr görürük Hacıyevdən mühüm

Bir çox qərəz və məkr görürük Hacıyevdən mühüm

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Düşünürəm ki, siyasətdə bir çox qərəz və məkr görürük. Slovakiya və Azərbaycan az-çox eyni ölçülü ölkələrdir. Əgər belə bir mövqeyiniz varsa və özünüzdən tamamilə fərqli tərəfdaşlarla əhatə olunmusunuzsa, mənim fikrimcə, ölkənizin maraqlarına uyğun olaraq müxtəlif tərəfdaşlıq modelləri axtarın. Azərbaycan da məhz belə xarici siyasət aparır.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” nəşrinə geniş müsahibəsində deyib.

“Bir tərəfdən qonşumuz tamamilə normal münasibətdə olmağa çalışdığımız Rusiyadır. Sonra İran da var ki, onunla da yaxşı münasibətdə qalmaq istəyirik. İsrail və Çinlə də siyasət belədir. Biz həmçinin ABŞ ilə yaxşı ikitərəfli münasibətlər qururuq. Yəni bizim üçün bu, kimisə istisna etmək deyil, qarşılıqlı inklüzivlik, mövcud məkana daxil olmaqdır. Əminik ki, bir sıra ikitərəfli münasibətlər ikitərəfli əməkdaşlığın başqa formasını istisna etməməlidir”, - o bildirib.

Prezidentin köməkçisi həmçinin Türkiyənin qlobal arenada, xüsusilə Rusiya-Ukrayna müharibəsi kontekstində möhkəmlənən mövqelərinə və Bakı və Ankara strateji birliyinə toxunub:

“Türkiyə həmişə əsas oyunçu olub. Biz hesab edirik ki, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti xüsusi tərifəlayiqdir. Xüsusən Türkiyəni necə dəyişdirə və rəqabətə davamlı ölkəyə çevirə bildiyinə görə. Ancaq Türkiyə yalnız regional oyunçu deyil - əsl qlobal aktor oldu.

Rusiya, Ukrayna, Yaxın Şərq, Balkan yarımadasında və ya hazırda qlobal əhəmiyyətli hadisələrin baş verdiyi digər yerlərdə baş verən hadisələrə baxın. Türkiyə hər yerdə müsbət rol oynayır. Bu rolu daha da davam etdirməsi lazımdır.

Türklər həqiqətən azərbaycanlıların qardaşlarıdır, bizim strateji müttəfiqlərimizdir. Hətta bu əlaqəni “bir millət, iki dövlət” adlandırırıq. Ona görə də tamamilə təbiidir ki, Türkiyənin yaxşı qardaşları kimi biz onun qlobal mövqeyinin necə yüksəldiyini görməkdən çox şadıq.

Türkiyənin, xüsusən İstanbulun sülh bağlamaq üçün doğru yer olduğunu söyləmək istərdim. Söz yox, bu gözəl şəhər bu cür dialoq üçün yaradılıb. Ancaq bu, yeni bir şey deyil – Türkiyə həmişə sülhməramlı olub.

Qara dəniz vasitəsilə onun hər iki ölkə – Rusiya və Ukrayna ilə həmsərhəd olduğu faktını nəzərə alın. Hər ikisi ilə də xüsusi əlaqələri var. Bundan əlavə, Türkiyə NATO-nun əhəmiyyətli qlobal mövqeyə malik üzvüdür. Bütün bu parametrləri nəzərə alaraq əminəm ki, Türkiyə bu münaqişədə vasitəçi kimi çıxış etmək üçün doğru oyunçudur. O, hər iki tərəfə sülh danışıqları üçün uyğun meydan və tam infrastruktur təmin edə bilər. Türkiyə tərəfində bu müharibəni bitirmək və sülhə nail olmaq üçün səmimi və güclü bir qətiyyət görürəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 İyul 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri