Bir də Paşinyanın partiyasına qoşulmayacaq
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan Parlamentinin hakim "Mülki Müqavilə" partiyasından olan deputatı Hripsime Hunanyan istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Hunanyan bu barədə bildirib ki, bu yaxınlarda parlamentdə ifadə etdiyi bəzi fikirlər bir sıra vətəndaşlar tərəfindən tənqid olunub: "Əvvəlcə, bu və ya digər şəkildə vətəndaşlarımızın qəzəbinə və narazılığına səbəb olan ifadələrimə görə üzr istəyirəm.
Əlbəttə ki, ictimai çıxış siyasi fəaliyyətin ayrılmaz hissəsidir və bəzən şifahi çıxış zamanı buraxılan səhvlərdən qaçınmaq mümkün olmur. Hər kəs səhv edə bilər, amma səhvlərlə üzləşmək və onları düzəltmək, hər kəs üçün nümunə olan, ictimai liderliyi öz üzərinə götürənlərin məsuliyyətidir".
O, Parlamentin Səhiyyə Məsələləri Daimi Komitəsinin sədri vəzifəsindən istefa verib və qarşıdan gələn parlament seçkilərində partiyanın proporsional siyahısına daxil edilməkdən imtina etmək qərarına gəlib.
Ağarza Elçinoğlu
Baxış sayı:70
Bu xəbər 21 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















