Xalq artisti daha bir məhkəməyə verilib
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Ağadadaş Ağayev məhkəməyə verilib.
Reyting.az Lent.az-a istnadla xəbər verir ki, buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.
Belə ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunur.
İddiaya hakim Kənan Hüseynov baxacaq.
Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən “Medera” hospitaldakı qalmaqallı dava ilə gündəmə gəlib.
Baxış sayı:61
Bu xəbər 04 Noyabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















