Icma.az
close
up
RU
Bir dəfəyə 12 kiloqram arıqladan TƏHLÜKƏ Qeydiyyatdan keçməyən kofe ölkəyə necə DAXİL OLUR?

Bir dəfəyə 12 kiloqram arıqladan TƏHLÜKƏ Qeydiyyatdan keçməyən kofe ölkəyə necə DAXİL OLUR?

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Azərbaycanda dərman bazarı tam olaraq sağlamlaşdırılmayıb. Ölkəyə hələ də qeyri-qanuni idxal olunan və dövlət qeydiyyatından keçməyən dərman, eləcə də qida əlavələri daxil olur. Bu azmış kimi dövlət qeydiyyatından və ekspertizasından keçməyən təhlükəli tərkibli məhsulların sosial şəbəkələrdə kütləvi satışı həyata keçirilir. Onlayn satış platformalarında satılan məhsulların keyfiyyətinə isə zəmanət verən yoxdur.

İdeal bədən quruluşuna çatmaq üçün potensial risk

Son dövrlər sosial platformalarda "arıqladan kofe", "detoks içkisi", "yağ yandıran qarışıq" adı ilə təqdim olunan məhsulların sayı sürətlə artır. İnsanlar ideal bədən quruluşuna çatmaq, tez bir zamanda çəki atmaq ümidi ilə bu məhsullara üz tuturlar. Lakin çox hallarda bu içkilərin tərkibi barədə heç bir məlumat verilmir və nəticədə sağlamlıq ciddi risk altına düşür.

Sosial şəbəkələrdə, xüsusən də “Instagram” və “Facebook” kimi platformalarda çəki atmada istifadə olunan “Viejo" markalı Mozambik qəhvələrinə də tələbat artıb. Satışı geniş yayılan, istifadəçilərə keyfiyyəti ilə bağlı müxtəluf şirnikləndirici vədlər verən məhsul satıcıları alıcılara tez bir zamanda nə az, nə çox 8 -12 kq çəki atmağı da zəmanət  verirlər.  

“Viejo” qəhvələrinin qəbulunun fəsadları...

Azərbaycan bazarında populyarlıq qazanan və çəki atmaq üçün istifadə edilən “Viejo” məhsulunu araşdırdıq.

Əvvəlcə onu bildirək ki, "Viejo" markası, xüsusilə arıqlama və detoks məqsədli qəhvə məhsulları ilə tanınır. Bu məhsullar, adətən, resveratrol kimi antioksidantlarla zənginləşdirilir və tez arıqlama təsiri ilə reklam olunur. Lakin, bu cür məhsulların tərkibi və uzunmüddətli istifadəsinin sağlamlıq üzərindəki təsirləri barədə məlumatlar məhduddur.

Bu məhsulların istifadəsi nəticəsində bədəndə maye itkisi və iştahanın azalması kimi qısa müddətli təsirlər müşahidə oluna bilər. Tərkibi məlum olmayan və ya qeyri-şəffaf şəkildə təqdim olunan məhsulun istifadəsi sağlamlıq üçün risklidir. Xüsusilə, ürək-damar xəstəlikləri və ya digər sağlamlıq problemləri olan şəxslərin bu cür məhsulları istifadə etməsi tövsiyə edilmir.

Qanuni satışına gəlincə...

Məlum oldu ki, bu məhsulun ölkəyə gətirilməsi ilə bağlı nə Səhiyyə Nazirliyinin İnnovasiya idarəsindən rəy, nə Qida Təhlükəsizliyi Agentliyindən sertifikat, nə də ki başqa bir rəsmi sənəd mövcuddur. Bir sözlə, məhsulla bağlı Azərbaycanın heç bir dövlət orqanı tərəfindən rəsmi sənəd verilməyib.

Qeyd edək ki, qida əlavələrinin qeydiyyatı mövzusu həm istehlakçı təhlükəsizliyi, həm də qanunvericilik baxımından önəmli məsələdir. Azərbaycanda qida əlavələrinin dövriyyəyə buraxılması, satışı və reklamı üçün müəyyən hüquqi tələblər mövcuddur.

Məlumat üçün bildirək ki, Azərbaycanda qida əlavələrinin qeydiyyatı bir neçə normativ sənədlə tənzimlənir. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  tərəfindən verilən normativ sənədlər, eləcə də Nazirlər Kabinetinin təsdiqlədiyi texniki normativlər və prosedurlar tələb olunur.

Qida əlavəsi dövriyyəyə buraxılmadan əvvəl mütləq şəkildə qeydiyyata alınmalıdır. Bu, onların təhlükəsizlik standartlarına cavab verməsi, düzgün tərkib və etiketlə təqdim edilməsi, insan sağlamlığına zərər vurmaması məqsədi ilə tələb olunur.

Təhlükə necə aradan qaldırılacaq?

Məsələ ilə bağlı Bizim.medoa Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ilə əlaqə yaradıb. Qurumdan bildirilib ki, “Viejo” qəhvələri qida əlavəsi olduğu üçün AQTA-ya müraciət olunmalıdır.

Sorğu AQTA-ya yönəldilsə də, 3 aydan çoxdur suala AQTA-nın mətbuat katibi İlkin Kərimov susqunluq nümayiş etdirib.

Dövlət Gömrük Komitəsindən isə məhsulun idxalının qanuni olub-olmadığı ilə bağlı araşdırmaya başlayacaqları bildirilib.

Mövzunu diqqətdə saxlayacağıq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 May 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri