Icma.az
close
up
RU
Bir deputat 3, digəri 50 seçici qəbul edir ARAŞDIRMA

Bir deputat 3, digəri 50 seçici qəbul edir ARAŞDIRMA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Milli Məclis deputatlarının seçicilərlə görüşlərinin tezliyi və bir qəbulda iştirak edən vətəndaşların sayı fərqlənir.

Modern.az məsələ ilə bağlı deputatlar arasında sorğu keçirib. 

61 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamov ayda ən azı iki dəfə seçicilərlə görüş keçirdiyini bildirib. Onun sözlərinə görə, bir qəbulda 5-6 nəfərdən 40-50 nəfərədək seçici iştirak edə bilər. Görüşlər həm deputat ofisində, həm də kəndlərdə keçirilir. Qəbul günləri barədə seçicilər “Azərbaycan” qəzeti, sosial şəbəkələr və deputat köməkçisinin hesabları vasitəsilə məlumatlandırılır.

 

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov ayda minimum iki görüş keçirdiklərini deyib. Onun sözlərinə görə, bu rəqəm bəzi aylarda 3, 4, 5 və daha çox ola bilər. Görüşlərdə bölgədən asılı olaraq 10-50 nəfər seçici iştirak edir. Məlumatlandırma sosial şəbəkələr, Milli Məclisin rəsmi kanalları, eləcə də icra hakimiyyəti və icra nümayəndələri vasitəsilə aparılır. 

89 saylı İsmayıllı seçki dairəsinin deputatı Novruzəli Aslanov isə seçicilərlə daha tez-tez görüşdüyünü bildirib. O, 2005-ci ildən etibarən demək olar ki, hər həftə seçicilərlə görüş keçirdiyini deyib. Görüşlərə orta hesabla 12-15 nəfər, bəzi hallarda isə 50 nəfərədək vətəndaş gəlir. 

Novruz Aslan bildirib ki, İsmayıllı sakinləri onun hər cümə axşamı rayona gəldiyini bildikləri üçün ayrıca elan verməyə ehtiyac qalmır. Yay aylarında kəndlərdə, qış aylarında isə rayon mərkəzində qəbul keçirir.

46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova ayda iki görüşü minimum göstərici hesab edir. Bəzi aylarda görüşlərin sayı üçə çatır. Qəbul zamanı 3-10 nəfər, səyyar görüşlərdə isə 40-50 nəfərədək vətəndaşla görüşür. Qəbul tarixləri bir ay əvvəl Milli Məclisin rəsmi internet səhifəsində elan edilir, daha sonra sosial şəbəkələrdə paylaşılır. 

26 saylı Sabunçu birinci seçki dairəsinin deputatı Fazil Mustafa isə hər həftənin ilk günü saat 15:00-da seçiciləri qəbul etdiyini bildirib. Onun sözlərinə görə, vətəndaşlar həm köməkçisi vasitəsilə, həm də onlayn şəkildə qeydiyyatdan keçə bilirlər. Deputat hər qəbulda minimum 10-12 nəfəri qəbul edir.

59 saylı Quba seçki dairəsinin deputatı Əlibaba Məhərrəmzadə ayda iki dəfə seçicilərlə görüşdüyünü, hər görüşə təxminən 45-50 nəfərin müraciət etdiyini bildirib. Qəbul üçün qeydiyyat və ilkin müraciətlər deputatın köməkçisi tərəfindən aparılır.

121 saylı Laçın seçki dairəsinin deputatı Rövşən Muradov isə ayda minimum 3 dəfə, bəzi aylarda 4-5 dəfə görüş keçirdiklərini deyib. Bir qəbulda minimum 5 nəfər iştirak edir və hər seçiciyə təxminən 30-40 dəqiqə vaxt ayrılır. Vətəndaşlarla əsasən telefon və "WhatsApp" vasitəsilə əlaqə saxlanılır.

Beləliklə, deputatların açıqlamalarından görünür ki, seçici qəbullarının tezliyi ayda iki dəfədən həftəlik görüşlərə qədər dəyişir. Bir qəbulda iştirak edən vətəndaşların sayı isə 5-6 nəfərdən 50 nəfərədək yüksələ bilir.
Aydan Qasımova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri