Icma.az
close
up
RU
Bir deyil, iki deyil... Məşhurların evlilik marafonu

Bir deyil, iki deyil... Məşhurların evlilik marafonu

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şou-biznes dünyası daim diqqət mərkəzindədir və şəxsi həyatlar, xüsusilə, evliliklər hər zaman maraq doğurur.

Müğənni, aktyor, rəqqasə kimi tanınmış simaların bir neçə dəfə ailə qurması halları geniş yayılıb. Bu tendensiya sənət adamlarının həyat tərzinin dinamik olması, eləcə də sevgi və münasibətlərə fərqli yanaşmaları ilə əlaqələndirilir.

Yenisabah.az Azərbaycanın tanınmış simalarının çoxsaylı evlilikləri və bu barədə bəzi maraqlı faktları təqdim edir: pizza hut

Əməkdar artist Leyla Şıxlinskaya 4 evliliyi ilə bu siyahıya liderlik edir. O, bu mövzu ilə bağlı verdiyi müsahibələrdən birində amerikalı aktrisa Elizabet Teyloru nümunə göstərərək, o, sevgini həyatın əsası hesab etdiyini vurğulayıb.

Müğənni Nura Suri 3 dəfə ailə qurub. O, "Suri" soyadını ilk əri, əslən iranlı olan şəxsdən götürüb. Bu evlilikdən bir oğlu var. İkinci evliliyi cəmi bir ay davam edib.

Onun üçüncü əri haqqında ictimaiyyətə heç bir məlumat verilməyib. Nura Surinin hər üç evliliyindən bir oğlu dünyaya gəlib.

Müğənni Rəqsanə İsmayılova da 3 dəfə ərə gedib. İlk evliliyindən Aysun, qeyri-rəsmi ikinci evliliyindən isə Yağmur adlı qızları dünyaya gəlib. Müğənni üçüncü və sonuncu dəfə Fazil Əmiraslanovla ailə həyatı qurub. Bu evlilikdən isə onun bir qızı və bir oğlu var.

Rəqqasə Oksana Rəsulova da 3 evliliyi ilə tanınır. Onun ilk evliliyi haqqında məlumat olmasa da, ikinci evliliyi reper Elşad Xose ilə olub. Eyni zamanda, aparıcı Şəhriyar Əbilovla da münasibəti olan Oksananın Osman adlı bir oğlu var.

Müğənni Rəvan Qarayev 2 uğursuz evlilikdən sonra üçüncü dəfə ailə qurmağa hazırlaşır. Onun hər 2 nikahından bir qızı dünyaya gəlib.

Xalq artisti Flora Kərimova da 3 dəfə ailə qurub. İlk evliliyi İbrahim Topçubaşovla olub və bu evlilikdən övladı olmayıb. İkinci evliliyindən Oqtay adlı oğlu, üçüncü evliliyindən isə Zümrüd adlı qızı dünyaya gəlib. O, üçüncü nikahının rəsmi olmadığını və xaricə səfərlər zamanı yaranan problemlərə görə belə bir addım atdığını bildirib.

Caz ifaçısı Cavan Zeynallı iki dəfə evlənib. O, ilk dəfə Moskvada ailə qurub və bu evlilikdən Nataşa adlı bir qızı var. Cavan Zeynallı ikinci dəfə 1996-cı ildə Röya xanımla evlənib.

Polad Bülbüloğlu da iki dəfə ailə həyatı qurub. Onun ilk xanımı ukraynalı opera müğənnisi Bela Rudenko olub. İkinci evliliyi isə mədəniyyət naziri vəzifəsində işləyərkən referenti olan Gülnarə Şıxəliyeva ilə baş tutub. Bu evlilikdən Leyla adlı qızı və Murtuza adlı oğlu var.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Sentyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see408

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see265

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see219

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see215

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see201

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see196

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see182

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see182

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see179

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see171

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see171

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see166

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see164

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see164

Bir ay yuyulmadan geyinilə bilən futbolka hazırlandı

07 Avqust 2026 04:56see161

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see158

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see154

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see154

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see154

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri