Icma.az
close
up
RU
Bir fotodan diplomatiyaya: Trampın müəllimliyi, Starmerin ingilis siyasəti, aktiv Makron, incik Meloni...

Bir fotodan diplomatiyaya: Trampın müəllimliyi, Starmerin ingilis siyasəti, aktiv Makron, incik Meloni...

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Dünya siyasətində hər bir foto yalnız bir anın əks olunması deyil, həm də güc balansları, diplomatik münasibətlər və liderlərin xarakterlərinin vizual ifadəsidir. Son illərin ən çox diqqət çəkən görüntülərindən biri olaraq qeyd olunan bu foto da məhz belə anlardan biridir.

ABŞ prezidenti Donald Trampın Avropa liderləri ilə görüşünü əks etdirən bu görüntü yalnız siyasətin səthi üzərində baş verən görüşü göstərmir, o, həm də liderlər arasındakı iyerarxiyanı, hörmət və nüfuzun paylanmasını, fərdi reaksiyaları və diplomatik gərginliyi vizual olaraq təqdim edir. Arxa planda Ağ Ev və Amerika bayraqları, ön planda isə Trampın dominant mövqeyi bu anın simvolik təhlilini daha da dərinləşdirir. Fotoya diqqətlə baxdıqda liderlərin üz ifadələri, oturma mövqeləri və diqqət yönləndirmələri yalnız şəxsi xarakterlərini deyil, həm də geopolitik mesajları ortaya qoyur.

Bu yazıda həmin fotodakı nüanslar üzərində dayanaraq Trampın mövqeyi, Avropa liderlərinin reaksiyaları və ümumi diplomatik çərçivə təhlil olunacaq.

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, əsas məsələ Ağ Ev tərəfindən paylaşılmış görüntülərdən biridir. Arxa fonda Ağ Ev və Amerika bayraqları görünür, ön planda isə Donald Tramp qabarıq şəkildə yer alır. Foto, həm yeni dünyanın, həm də Avropa liderlərinin fonunda Trampın mövqeyini göstərir:

"Fotoya diqqətlə baxdıqda bir sıra fərqli nüanslar ortaya çıxır. İlk olaraq simalarda olan xarakterik ifadələr diqqət çəkir: kədərli, peşmanlıq dolu və ürəklərdən gəlməyən bir görüntü hakimdir. Tramp Avropa liderlərinə xüsusi hörmət göstərməyib, Putinə olan hörmət isə yarımçıqdır və fotoda görünür ki, digər liderlər sanki vassallar kimi davranır, Avropa növbəti imperatora sığınmağa çalışır".

Əziz Əlibəyli: Liderlər Tramp tərəfindən ciddi qəbul edilməyib

Onun sözlərinə görə, bu görüntü Avropanın qərarlığını ortaya qoyur. Danışıqların gedişində ABŞ-nin mövqeyi Rusiyada olub, Ukraynada deyil. Liderlər Tramp tərəfindən ciddi qəbul edilməyib, hətta qapıda belə qarşılanmayıblar ki, bu da böyük bir skandal olaraq qiymətləndirilə bilər:

"Liderlərin reaksiyaları fərqlidir: Makron kifayət qədər aktiv görünür, Meloni isə incikdir. Ursula von der Leyen uşaq kimi öyrənmə prosesində peşmançılıq hissi ilə görünür. Finlandiya prezidenti yalnız görünüş üçün qeydlər aparır, aktiv rolu yoxdur. Mark Rütte ABŞ prezidentinin siyahısında sevilməyən liderlərdən biridir, Trampın cinsiyyətçi mövqelərinə qarşı çıxır. Britaniyanın baş naziri isə hərzamanki ingilis siyasətini nümayiş etdirir".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Avqust 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see347

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see163

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see160

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see160

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see159

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see153

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see149

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see141

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see139

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see136

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri